Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

İlk növbədə, Ankaranın 6 milyonluq sakini və öz adımdan Sizi və qardaş Azərbaycan xalqına ən səmimi salamlarımı və ehtiramımı çatdırıram.

Uzun illərdən bəri haqsız bir şəkildə erməni işğalında qalan Qarabağ torpaqlarının azadlığı uğrunda mübarizənizi ürəkdən dəstəklədiyimi bildirir, qəhrəman Azərbaycan Ordusu ilə cəbhədə və siyasi mübarizədə qazandığınız böyük zəfəri təbrik edirəm.

Azərbaycanın böyük lideri Heydər Əliyevin dediyi kimi “tək millət, iki dövlət” olaraq beynəlxalq aləmdə dostluğun rəmzi olduğumuz kimi, qardaşlığımız da gələcək nəsillərimizə ən böyük mirasımız olacaq. Ulu Öndərimiz Mustafa Atatürkün əziz xatirəsinə ehtiram əlaməti olaraq Zəfər Gününün noyabrın 10-dan 8-nə keçirdiyinizə görə Sizə və Azərbaycan xalqına ən dərin təşəkkürlərimi bildirirəm.

Bir daha böyük Zəfərinizi təbrik edir, Azərbaycan Respublikasına uğur və rifah diləyir, Sizə isə ən dərin ehtiramımı bildirirəm.

Hörmətlə,

 

Mansur Yavaş

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri.

Türkiyə Respublikası, Ankara şəhəri.

6 Yanvar 2021 04:08 - MƏKTUBLAR
MƏKTUBLAR
24 Yanvar 2021 | 18:04
Xalq artisti Eldar Quliyevə
23 Yanvar 2021 | 21:20
Xalq artisti Eldar Quliyevə

Köhnə versiyamızdan xəbərləri izlə