Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

A.Q.Kərimovun Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilsin.

2. “Azərbaycan Respublikası Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 20 iyul tarixli 2163 nömrəli Sərəncamı ləğv edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 yanvar 2021-ci il.

6 Yanvar 2021 03:59 - SƏRƏNCAMLAR
SƏRƏNCAMLAR

Köhnə versiyamızdan xəbərləri izlə