Ən son xəbərlər
№ 520 Bakı şəhəri, 30 dekabr 2020-ci il
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslər üçün onların yaşadığı fərdi evlərin uyğunlaşdırılması ilə bağlı xərclərin minimum məbləği”nin təsdiq edilməsi barədə
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.13-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticə-sində əlilliyi olan şəxslər üçün onların yaşadığı fərdi evlərin uyğunlaşdırılması ilə bağlı xərclərin minimum məbləği” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlan-ması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 dekabr tarixli 520 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslər üçün onların yaşadığı fərdi evlərin uyğunlaşdırılması ilə bağlı xərclərin
MİNİMUM MƏBLƏĞİ
Sıra №-si |
Uyğunlaşdırılan sahənin təyinatı |
1 fərdi evin uyğunlaşdırılması xərcləri (manatla) |
1 |
2 |
3
|
1. |
İkitərəfli məhəccəri olan pandusların quraşdırılması üzrə |
3845,0
|
2. |
Sanitar qovşağında tutacaq və dayaqların quraşdırılması üzrə |
280,0
|
3. |
Sanitar qovşağındakı qapıların hər iki tərəfə açılan qapılarla əvəz olunması üzrə |
379,0
|
4. |
Otaq və mətbəx qapılarının xüsusi diyircəklər üzərində hərəkət edən qapılarla əvəz olunması üzrə* |
1144,0
|
5. |
Cəmi |
5648,0
|
|
Əlavə dəyər vergisi (18 %) ilə birlikdə, cəmi |
6665,0
|
*İki qapı üçün müəyyən olunmuş minimum məbləğ. Hər bir otaq üçün bir otaq qapısı nəzərdə tutulmaqla və cəmi 5 otaqdan çox olmamaqla hər əlavə otaq qapısı üçün xərclər 530 manat təşkil edir.
Köhnə versiyamızdan xəbərləri izlə