Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Sizi doğum gününüz münasibətilə Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan təbrik edirəm.

Dostluq, mehriban qonşuluq və tərəfdaşlıq prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə Sizin əhəmiyyətli şəxsi töhfənizi qeyd etmək istərdim. Birgə səylərlə ticari-iqtisadi, elmi-texniki və mədəni-humanitar əməkdaşlığın inkişafı, müxtəlif sahələrdə böyük perspektivli layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradılır.

Əminəm ki, qarşılıqlı fəaliyyətin bütün kompleksinin bundan sonra da gücləndirilməsi, yeni təşəbbüslərin təşviqi Rusiya və Azərbaycanın uzunmüddətli maraqlarına tam şəkildə cavab verir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Mixail MİŞUSTİN
Rusiya Federasiyası Hökumətinin sədri

Zati-aliləri!

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək bildirmək istərdim ki, Bolqarıstan Respublikası Cənubi Qafqaz regionunda Azərbaycan Respublikasını özünün strateji tərəfdaşı hesab edir. İnanıram ki, ölkələrimiz və xalqlarımızın dostluq münasibətləri sayəsində Bolqarıstan ilə Azərbaycan arasındakı fəal təmaslar, səmərəli əməkdaşlıq dost dövlətlərimiz və xalqlarımızın maraqları naminə daha da inkişaf edəcək.

Sizə möhkəm cansağlığı, rifah və ali dövləti vəzifənizdə uğurlar arzulayıram.

Hörmətli cənab Prezident, ən dərin ehtiramımı qəbul edin.

Hörmətlə,

Boyko BORİSOV
Bolqarıstan Respublikasının Baş naziri

Hörmətli cənab Prezident!

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi qəbul edin.

Siz Vətənə fədakar xidmətin, yüksək peşəkarlığın və fəal vətəndaşlıq mövqeyinin nümunəsisiniz. Azərbaycan Respublikasında aparılan islahatlar, siyasi sabitliyin və milli iqtisadiyyatın möhkəmlənməsi, vətəndaşların rifahının yaxşılaşdırılması kursu – bütün bunlar Sizə həm ölkə daxilində, həm də xaricdə inam qazandırmışdır.

2019-cu ilin aprel ayında Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının nümayəndə heyətinin Azərbaycan Respublikasına qarşılıqlı hörmət və qonaqpərvərlik mühitində baş tutmuş səfərini məmnunluqla xatırlayıram. Dövlətlərimiz arasında münasibətlərin parlament meyarlarına və diplomatiyasına göstərdiyiniz daimi diqqət və dəstəyi yüksək qiymətləndirirəm.

Biz Müstəqil Dövlətlər Birliyi məkanında inteqrasiya proseslərinin möhkəmlənməsi üçün Rusiya və Azərbaycanın dostluq və qarşılıqlı anlaşmaya əsaslanan qarşılıqlı fəaliyyətinin bundan sonra da dərinləşməsinə böyük əhəmiyyət veririk.

Hörmətli İlham Heydər oğlu, səmimi qəlbdən Sizə möhkəm cansağlığı və firavanlıq, Azərbaycanın rifahı naminə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

Ən yüksək ehtiramımı qəbul edin.

Hörmətlə,

Valentina MATVİYENKO
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Siz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin işini layiqincə davam etdirərək, ölkənizin həyatının bütün sahələrində ictimai sabitliyi, müstəqil və mütərəqqi inkişafı təmin edən dərin dəyişikliklər həyata keçirmisiniz.

Sizin Azərbaycan xalqının mənafelərinə əsaslanan düşünülmüş və müdrik siyasətiniz sayəsində ölkəniz güclü və suveren dövlətə çevrilib.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında tarixən yaranmış dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinin inkişafına Sizin göstərdiyiniz diqqət də böyük hörmətə layiqdir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, quruculuq fəaliyyətinizdə yeni uğurlar arzu edirəm.

Hörmətlə,

Sergey MƏLİKOV
Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən

Hörmətli İlham Heydər oğlu!

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Siz öz vətəndaşlarınızın rifahı naminə yorulmadan çalışan müdrik rəhbər kimi haqlı olaraq yüksək nüfuz və hörmət qazanmısınız.

Sizin rəhbərliyinizlə respublikanız sosial-iqtisadi sahədə və beynəlxalq arenada əhəmiyyətli uğurlar qazanır, dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətləri xalqlarımızın rifahı naminə möhkəmlənir və dinamik inkişaf edir.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, Azərbaycan Respublikasının vətəndaşlarına isə sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Maqomedsalam MAQOMEDOV
Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini

 

 

 

Zati-aliləri, möhtərəm İlham Heydər oğlu!

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Siz Azərbaycan Respublikası Prezidentinin vəzifələrini yerinə yetirərək, həmvətənləriniz üçün firavan və dinc həyatın qurulması naminə yorulmadan çalışır, ölkədə millətlərarası və dinlərarası harmoniyaya əhəmiyyətli töhfə verirsiniz.

Sizə möhkəm cansağlığı, Prezident kimi ali və məsul fəaliyyətinizdə Qadir Allahdan kömək və uğurlar diləyirəm.

Bir-birinə qonşu olan Azərbaycan və Ermənistan xalqlarının bərəkətli torpaqlarında möhkəm və ədalətli sülhün bərqərar olması üçün Ulu Tanrıya dualar edirəm.

Dərin hörmətlə,

KİRİLL
Moskvanın və Bütün Rusiyanın Patriarxı

Möhtərəm İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə Sizi şəxsən öz adımdan və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin çoxminli kollektivi adından səmimi qəlbdən təbrik edirəm.

Siz uzun illərdir elm və təhsil məsələlərinə, universitet və akademiya ictimaiyyətinin səmərəli tərəfdaşlığının inkişafına və təkmilləşdirilməsinə böyük diqqət göstərirsiniz. Rusi­ya ilə Azərbaycanın yaradıcı əməkdaşlığının hüdudları Sizin sayənizdə bir çox cəhətdən xeyli genişlənib və möhkəmlənib. İctimai əhəmiyyətli çoxsaylı layihələr və təşəbbüslər həyata keçirilib, minlərlə gənc, aydın məqsədli və istedadlı insanlar üçün bizim qabaqcıl elm müəssisələrimizin ən yaxşı təhsil ənənələrindən bəhrələnmək imkanı yaradılıb.

Bu xoş fürsətdən istifadə edərək Moskva Dövlət Universitetinə səmimi münasibətinizə görə Sizə təşəkkürümü bildirirəm. MDU-nun Bakı şəhərindəki filialı özünün bütün fəaliyyəti dövründə elmin və təhsilin, dövlətlərimiz arasında sülhün və harmoniyanın inkişafına uğurla xidmət edir.

Möhtərəm İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz enerji və firavanlıq arzu edirəm.

Hörmətlə,

Viktor SADOVNİÇİ
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik

Hörmətli cənab Prezident Əliyev!

Doğum gününüz münasibətilə dünya idman atıcılığı ictimaiyyətinin adından Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizə yaşadığımız hazırkı çətin dövrdə çox vacib olan möhkəm cansağlığı və xoş əhval-ruhiyyə arzulayıram. İnanıram ki, qarşıdan gələn ildə Azərbaycan idmançılarının beynəlxalq arenada qazanacaqları nailiyyətlər Sizə və gözəl respublikanızın bütün vətəndaşlarına sevinc bəxş edəcəkdir.

Beynəlxalq İdman Atıcılığı Federasiyasının 2021-ci ildə Bakıda keçirməyi planlaşdırdığı tədbirlər zamanı Sizinlə görüşəcəyimizə ümidvaram.

Ən xoş arzularla,

Vladimir LİSİN
Beynəlxalq İdman Atıcılığı Federasiyasının prezidenti

Hörmətli cənab Prezident!

İlk növbədə, Sizi doğum gününüz münasibətilə təbrik edirəm və Azərbaycanı uğurla inkişaf etdirən taleyüklü qərarlar qəbul etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Sizin vətənpərvərlik və birlik ideallarına sadiqliyiniz, öz Vətəninə görə qürur hissiniz və işıqlı gələcəyə əminliyiniz Azərbaycan dövlətinin davamlı tərəqqisinin və firavanlığının rəhnidir.

Cənab Prezident, Azərbaycanın müstəqil dövlət quruculuğu, siyasi sabitliyin möhkəmlənməsi, yüksək iqtisadi artıma nail olması, qısa müddətdə dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına qoşulması işində sanballı uğurları Sizin xidmətlərinizdir.

Son üç onillik yeni Azərbaycanın böyük salnaməsinin yalnız müqəddiməsidir, Azərbaycan xalqının həmrəyliyi, sülhün və birliyin möhkəmlənməsi, ölkənin düzgün xari­ci siyasət kursunun müəyyən edilməsi Azərbaycanı beynəlxalq arenada yeni qələbələrə gətirib. Bütün bu nailiyyətlər asanlıqla yox, mürəkkəb geosiyasi reallıqlar şəraitində qazanılıb.

Azərbaycan təkcə öz gələcəyi uğrunda deyil, həm də öz keçmişi uğrunda mübarizə aparmalı, öz tarixini müdafiə etməli olub. İnformasiya müharibəsi hərbi əməliyyatların ayrılmaz hissəsi olmaqla bərabər, həm də beynəlxalq siyasətin vasitəsi kimi geniş istifadə edilib. Dünyanın bir sıra dillərində onlarca informasiya saytı yaradılıb, bu portallarda Azərbaycan jurnalistikası ön sıralarda gedib və ona həvalə edilmiş işi şərəflə yerinə yetirib.

Bununla yanaşı, Azərbaycanın tarix elmi milli siyasətin və təbliğatın yeni konsepsiyasının həyata keçirilməsində mühüm yer tutub.

Təbliğat silahı dövlətin potensial düşmənə qarşı tətbiq etdiyi üsullar və tədbirlər arsenalında mühüm amildir və milli maraqların təmin edilməsində getdikcə daha əhəmiyyətli rol oynayır. Biz də bu istiqamətdə az da olsa iştirak etmişik və Siz bunu qeyd etmisiniz.

Hörmətli İlham Heydər oğlu, cənab Prezident, göstərdiyiniz böyük diqqətə, bizə Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalının verilməsinə görə Sizə təşəkkürümü bildirəm. Azərbaycanın bu medalına layiq görülməyim mənim üçün böyük şərəfdir.

Gürcüstan qardaş Azərbaycan xalqının güclü və firavanlaşan dövlət yaradılmasında uğurlarına böyük hörmətlə yanaşır. Cənab Prezident, mən özüm əslən Abxaziyada­nam və işğal edilmiş ərazilərin azad olunmasını onilliklər boyu gözləməyin nə demək olduğunu bilirəm. Sizin rəhbərliyinizlə regionda böyük geosiyasi qələbə əldə edilib və bu Qələbə günü Azərbaycan dövlətinin qüdrətinin, möhtəşəmliyinin və qələbəsinin rəmzinə, onun çoxillik tarixinə, zəngin mədəniyyətinə və ənənələrinə görə qürur mənbəyinə çevrilmişdir.

Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək Sizə qarşıdan gələn Yeni il münasibətilə ən səmimi təbriklərimi çatdırır, Sizin timsalınızda qardaş Azərbaycan xalqını təbrik edir, ona yeni qələbələr, firavanlıq və sülh diləyirəm.

Hörmətlə,

Quram MARXULİYA
Qafqaz Beynəlxalq Geotarix və Geosiyasət Araşdırmaları Mərkəzinin prezidenti, Suxumi Dövlət Universitetinin (Gürcüstan) professoru

Möhtərəm Prezident, cənab müzəffər Ali Baş Komandan!

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Zati-alinizə ən xoş arzularımızı çatdırmaqdan böyük məmnunluq duyuruq.

2020-ci il dünya tarixində ən ağır, lakin ölkəmiz üçün ən uğurlu və tarixi il oldu. Sizin rəhbərliyinizlə Vətən müharibəsində şanlı Qələbə qazanan Azərbaycan Ordusunu və xalqımızı təbrik edirik. Azərbaycanda iqtisadiyyatın inkişafı və müasir ordu quruculuğu istiqamətində aparılan siyasəti dəstəkləyir, Ulu Tanrıdan bu yolda Sizə uğurlar diləyirik.

Siz Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq xarakteri daşıyan ənənəvi dostluq, mehriban qonşuluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə xüsusi diqqət göstərirsiniz. Biz - Gürcüstanda yaşayan azərbaycanlılar bu qayğınızı və dəstəyinizi hər an hiss edir, bunu yüksək qiymətləndiririk. Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyi olaraq bu siyasətin həyata keçirilməsinə daim dəstək verəcəyimizə Sizi əmin edirik.

Bu əlamətdar gün münasibətilə bir daha ürəkdən təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqının rifahı və tərəqqisi naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.

Cənab Prezident, Sizə olan ən dərin ehtiramımızı qəbul edin.

Hörmətlə,

Nəriman QURBANOV
Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) İdarə Heyətinin sədri

Möhtərəm İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizə və ailənizə dərin ehtiramımı, möhkəm cansağlığı və firavanlıq, çətin və məsul fəaliyyətinizdə yeni imkanlar və yeni ideyalar arzularımı çatdırmaq fürsətinə görə şadam.

Hörmətlə,

Zurab SERETELİ
Rusiya Rəssamlıq Akademiyasının prezidenti

Hörmətli cənab Prezident!

Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyası Müsəlmanları Ruha­ni İdarəsi adından, Rusiya Müftilər Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Sizə dualar edərək möhkəm cansağlığı, uzun ömür diləyir və arzu edirəm ki, bütün xeyirxah təşəbbüslərinizdə Uca Allah Sizə yar olsun.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının qazandığı çox mühüm nailiyyətləri bu əlamətdar gündə dərin hörmətlə qeyd edirik. Bu nailiyyətlər sayəsində Azərbaycan xalqı sıx birləşərək, onun gələcəyə inamını və milli şüurunu möhkəmlətmiş çətin sınaqlardan keçməklə özünün siyasi və iqtisadi inkişafında yeni qələbələrə doğru inamla irəliləyir.

Müsəlmanlar bu nailiyyətlər sırasında Azərbaycanın həm İslama, həm də bütün dinlərə münasibətdə ölçülüb-biçilmiş və qayğıkeş dövlət siyasətini yüksək qiymətləndirirlər. Azərbaycan tolerant və monolit cəmiyyətin həqiqi nümunəsinə çevrilib. Bu ölkədə bütün konfessiyalara hörmətlə yanaşılır, bununla da bütün dünyaya nümunə göstərilir.

Hörmətli İlham Heydər oğlu, Uca Allaha dua edərək Sizə və bütün Azərbaycan xalqına firavanlıq və rifah diləyirəm. Amin!

Hörmətlə və xoş dualarla,

Müfti şeyx Ravil QAYNUTDİN
Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri

Hörmətli cənab Prezident!

Doğum gününüz münasibətilə Sizi Özbəkistanda yaşayan azərbaycanlılar adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Azərbaycan dövləti və xalqı işğalçı Ermənistan üzərində qazandığı möhtəşəm Qələbədən sonra yeni inkişaf mərhələsinə qədəm qoyur. Əminik ki, məhz Sizin apardığınız müdrik siyasətiniz dünyada yaşayan bütün azərbaycanlılara gələcəkdə də doğma Azərbaycanımızın uğurları üçün qürur hissi yaşadacaq. Bütün dünya Sizin siyasət, iqtisadiyyat, hərbi və bir çox digər sahələrdə Azərbaycanın milli maraqlarının qorunmasında son dərəcə təcrübəli, ədalətli və qətiyyətli dövlət rəhbəri olduğunuza şahidlik etdi.

Cənab Prezident, yaşadığı ölkədən, vətəndaşlıq mənsubiyyətindən asılı olmayaraq, bütün azərbaycanlılar Sizinlə fəxr edirlər. Əminəm ki, çox yaxın gələcəkdə Azərbaycan Respublikası və Azərbaycan xalqı Sizin rəhbərliyinizlə yeni inkişaf mərhələsi yaşayacaq.

Biz də öz növbəmizdə həmişə olduğu kimi, bundan sonra da Özbəkistanda Azərbaycanın inkişafı istiqamətində aparılan işlərə töhfəmizi vermək və nəticə əldə etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Allahdan Sizə möhkəm cansağlığı, uzun ömür və ailə səadəti diləyirəm. Şərəfli və məsuliyyətli fəaliyyətinizdə Sizə yeni zəfərlər və uğurlar arzulayıram.

Hörmətlə,

Firdovsi HÜSEYNOV
Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri

Zati-aliləri!

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Cənab Prezident, bugünkü geosiyasi vəziyyətin bütün mürəkkəbliyinə baxma­yaraq, Siz nadir siyasi müdrikliyə, uzaqgörənliyə malik əvəzolunmaz şəxsiyyətsiniz. Sizin Azərbaycanın mənafeyinə, inkişafına və yüksəlişinə sadiqliyiniz xalqımızın hörmət və dəstəyini qazanıb. Siz əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan müasir Azərbaycan quruculuğu yolunu davam etdirərək, onun işlərinin layiqli varisisiniz. Sizə Azərbaycanın və xalqımızın rifahı naminə tarixi missiya­nızda xaricdə yaşayan biz azərbaycanlılar daim dəstəyik. Bu gün Siz Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında müsbət dəyişikliklərin təmin olunması, xalqımızın rifahının yüksəldilməsi üçün maksimum səy göstərərək, regionda sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verirsiniz. Sizin yüksək peşəkarlığınız, ço­xillik iş təcrübəniz, vəzifə məsuliyyəti hissiniz xalqımız üçün ən ümdə məqsədlərə çatmağa imkan verəcək. Qürurverici haldır ki, Sizin bütün fəaliyyətiniz Azərbaycan xalqı tərəfindən sərgilənən ictimai dəstəklə müşayiət olunur. Bu gün hər kəs Sizin ətrafınızda sıx birləşmişdir və apardığınız siyasət nəticəsində əldə olunan uğurla­rın sevincini yaşayır. Bu sevincdən bir azərbaycanlı kimi mənə də pay düşür. Siz Azərbaycan Respublikasının ali dövləti vəzifəsində fəaliyyətinizdə özünüzü qey­ri-ordinar, parlaq şəxsiyyət, prinsipial və ardıcıl siyasi xadim, dövlətin lideri kimi göstərmisiniz. Siz haqlı olaraq öz həmvətənləriniz arasında və xaricdə hörmət və nüfuz qazanmısınız.

Azərbaycanda həyata keçirilən konstruktiv xarici siyasət regionda sabitliyin təmin edilməsinə, beynəlxalq ticari-iqtisadi əlaqələrin möhkəmlənməsinə və ölkə iqtisadiy­yatına yeni investisiyalar cəlb edilməsinə şərait yaradır. Sizin sayənizdə Azərbaycan Respublikası bundan sonra da davamlı inkişaf yolu ilə irəliləyəcəkdir. Heç şübhəsiz ki, Sizin qazandığınız ümumxalq dəstəyi və etimadı, azərbaycanlıların həyatını daha da firavanlaşdırmaq səyləriniz ali dövləti fəaliyyətinizdə bundan sonra da yeni uğur­larınıza imkan yaradacaq. Bu gün Azərbaycan xalqının rifahının yüksəldilməsi, onun böyük potensialının üzə çıxarılması kursu Sizin rəhbərliyinizlə uğurla həyata keçirilir. Əminəm ki, ölkəmizi qarşıda yeni-yeni nailiyyətlər və qələbələr gözləyir. Sizin siyasi müdrikliyiniz, zəngin təcrübəniz, doğma Vətənimizə, xalqımıza məhəbbətiniz bütün bunların rəhnidir. Sizin rəhbərliyinizlə Azərbaycan bu gün dünyada getdikcə daha layiqli və nüfuzlu yer tutur. Ölkəmizin uğurlu iqtisadi inkişafında, yüksək mənəvi-əxlaqi ab-havanın qorunub saxlanılmasında, mədəniyyət, elm və təhsilin hərtərəfli inkişa­fında quruculuq enerjisi ilə aşıb-daşan, nəzərdə tutulan planların həyata keçməsinə ardıcıllıqla və qətiyyətlə nail olan bir lider kimi Sizin şəxsi xidmətləriniz böyükdür. Siz fədakarcasına Azərbaycan xalqının xoşbəxtliyinin və rifahının qayğısına qalırsı­nız. Vurğulamaq istəyirəm ki, Sizin doğum gününüz təkcə ailəniz üçün deyil, hər bir vətənpərvər azərbaycanlı üçün əlamətdardır. Çünki bu gün biz xəyalən Sizinləyik.

Cənab Prezident, Siz mürəkkəb dövlət vəzifələrinin həllinə əzmkarlıqla yanaşma­ğınız, heyrətamiz işgüzarlığınız və strateji təfəkkürünüz, nəcib şəxsi keyfiyyətləriniz sayəsində hər kəsdə dərin ehtiram, dünya birliyində yüksək nüfuz qazanmısınız. Siz böyük Heydər Əliyevin işini layiqincə davam etdirərək, Azərbaycan Respublikasının sosial-iqtisadi və mədəni inkişafında, ölkədə siyasi sabitliyin qorunmasında və əhalinin rifah halının yüksəldilməsində əvəzsiz uğurlara nail olmusunuz.

Zati-aliləri, doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və arzularımı Sizə çatdırmaq mənim üçün çox xoşdur. Xahiş edirəm, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzularımı qəbul edin.

Hörmətlə,

Ülviyyə CABBAROVA
Skandinaviya Azərbaycanlılarının Finlandiya üzrə əlaqələndiricisi və Azərbaycan-Türk gənclər təşkilatının rəhbəri

30 Dekabr 2020 04:44 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə