Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan!

Sizi doğum gününüz münasibətilə Azərbaycanın Belqraddakı Mədəniyyət Mərkəzinin kollektivi adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu və müəyyənləşdirdiyi dövlətçilik strategiyasının Sizin tərəfinizdən uğurla davam etdirilməsi Azərbaycanın hərtərəfli və dina­mik inkişafını təmin edib. Bu gün ölkəmizdə həyata keçirilən islahatlar və müxtəlif sahələrdə aparılan quruculuq işləri, siyasi sabitlik doğma Azərbaycanımızın daha da qüdrətlənməsinə təkan verir.

Bu il Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm qələbə xalqımızda böyük qürur və sevinc hissi oyatdı. Bizim rəşadətli və qəhrəman ordumuz Sizin rəhbərliyinizlə uğur­la mübarizə apardı və böyük qələbəyə nail oldu.

Biz bilirik ki, qarşıda görülməli işlər çoxdur. Əminik ki, nəzərdə tutulan bütün planlar Sizin rəhbərliyinizlə uğurla həyata keçiriləcək. Azərbaycanla bağlı tarixi həqiqətlərin, müstəqillik dövrünün uğurlarının beynəlxalq aləmdə, o cümlədən, Balkanlarda təbliği istiqamətində fəaliyyət göstərən Mərkəzimiz Sizin qətiyyətli və çevik xarici siyasət kursunuzdan ilham alır.

Möhtərəm cənab Prezident, bu əlamətdar gün münasibətilə bir daha Sizə uzun ömür, möhkəm cansağlığı, Azərbaycanımızın rifahı naminə yorulmaz və şərəfli fəaliyyətinizdə uğurlar diləyirik.

Dərin hörmət və ehtiramla,

Professor Zərifə ƏLİZADƏ
Azərbaycanın Belqraddakı Mədəniyyət Mərkəzinin sədri

Hörmətli Prezidentim cənab İlham Əliyev!

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram.

Biz bu günlərdə həm də Qarabağdakı zəfərimizin xoşbəxtliyini yaşayırıq. Çünki, təxminən, 30 il idi ki, hər gün bu zəfərin xəyalı ilə yaşayırdıq. Amma bir gün mütləq öz torpaqlarımıza qovuşacağımıza əmin idik. Şükürlər olsun ki, Qarabağ bu gün öz sahiblərinə qovuşdu. Həmçinin 44 günlük savaş müddətində yenilməz iradə və qətiyyət nümayiş etdirməyiniz bizə qürur verdi. Bu, heç zaman unudulmayacaq. Bu qələbə münasibətilə Zati-alinizi və müzəffər Azərbaycan Ordusunu təbrik edirəm. Şəhid olan əsgərlərimizə Allahdan rəhmət diləyir, doğmalarına başsağlığı verirəm.

Cənab Prezidentim, Sizin liderliyinizlə və gələcəyə hədəflənən siyasətinizlə Azərbaycanın hər il daha da inkişaf edəcəyinə səmimi qəlbdən inanıram. Bununla bərabər, “Bir millət, iki dövlət” kəlamında təcəssüm tapan Türkiyə-Azərbaycan qardaşlığının və dostluğunun şəxsən Sizin və Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın səyləri ilə bütün sahələrdə daha da inkişaf edəcəyinə ürəkdən əminik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!

Hörmətlə,

Ənvər TÜRKOĞLU
Türkiyə-Azərbaycan Dərnəyinin (TÜRKAZDER) rəhbəri

Türkiyə, Ankara şəhəri

Hörmətli cənab Prezident.

İcazə verin, ilk növbədə, Assosiasiyamızın bütün üzvləri adından 44 günlük müharibədə qazandığınız qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edim. Sizin əzmkarlığınız və qətiyyətiniz sayəsində cəsur Azərbaycan Ordusu beynəlxalq hüquq normalarına uyğun olaraq erməni işğalçılarını qədim və tarixi torpaqlarınızdan nəhayət ki, qovaraq Azərbaycanın ərazi bü­tövlüyünü bərpa etdi. Bu tarixi hadisə münasibətilə Sizi bir daha təbrik edirəm. İnanırıq ki, işğal­dan azad edilmiş torpaqlarda tezliklə tərəqqi və sürətli inkişaf dövrü başlayacaqdır. Təəssüflər olsun ki, müharibə itkisiz olmur. Ölkənizin bu qanlı, lakin şanlı döyüşlərdə verdiyi itkilərə görə çox kədərlənirik. Təşkilatımız adından Sizə, Azərbaycan xalqına və həlak olanların ailələrinə bir daha dərin hüznlə başsağlığı veririk. Müharibə zamanı dövlətinizə və ordunuza dəstək olan Assosasiyamız həlak olanların və yaralananların ailələrinə hər cür kömək göstərməyə davam edəcəkdir.

Hörmətli cənab Prezident, Sizi, həmçinin qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurulmasını və onun böyük inkişaf yolunu yüksək səviyyədə təmin edərək dünya azərbaycanlılarının vahid azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi üçün məqsədyönlü siyasət formalaşdırıb. Bu siyasət Sizin tərəfinizdən uğurla davam etdirilir və dünyanın digər ölkələrində olduğu kimi, İtaliyada da yaşayan azərbaycanlılar arasında vətənpərvərlik və həmrəylik hissləri, eləcə də milli hədəflər uğrunda fəaliyyət bu gün də yüksək səviyyədədir. Rəhbərlik etdiyim “Napoli-Bakı Assosiasiyası” da İtaliya-Azərbaycan dostluğunu daha da möhkəmləndirmək və inkişaf etdirmək istiqamətində fəaliyyət göstərməkdə davam edir. Biz daima dost Azərbaycan xalqının yanındayıq.

İtaliyanın strateji tərəfdaşı olan Azərbaycanın yaxın gələcəkdə bütün sahələrdə yeni uğurlar qazanacağına inanırıq və bunu səmimi qəlbdən arzulayırıq.

Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı və uzun ömür, uğurlu siyasətinizdə yeni-yeni nailiyyətlər diləyirəm.

Yaşasın İtaliya-Azərbaycan qardaşlığı!

Hörmətlə,

Cuzeppe KANİLİA
Napoli-Bakı Assosiasiyasının sədri

27 Dekabr 2020 18:16 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə