Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident, əziz dostum!

Bizim hamımıza çoxlu çətinliklər gətirən, dünyanı heç vaxt təsəvvür edə bilməyəcəyimiz şəklə salan bu ilin sonunda xüsusi məmnunluqla Sizə arzu edirəm ki, Yeni il sülh, anlaşma, qarşılıqlı əməkdaşlıq və pandemiyanın aradan qaldırılması üçün perspektivlər açsın.

Eyni zamanda, icazə verin, doğum gününüz münasibətilə Sizə ən xoş və səmimi arzularımı çatdırım, habelə öz Vətəninizin inkişafı naminə yorulmadan çalışdığınız ali vəzifənin yerinə yetirilməsi işində uğurlar diləyim.

Səmimiyyətlə Sizin,

Stepan MESİÇ
2000-2010-cu illərdə Xorvatiya Respublikasının Prezidenti

Möhtərəm İlham Heydər oğlu!

Sizi doğum gününüz münasibətilə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti adından və şəxsən öz adımdan təbrik edirəm.

Siz həyatınızı Vətəninizə və xalqınıza xidmət işinə həsr etmisiniz. Öz borcunuzu şərəflə və layiqincə yerinə yetirir, dövlətinizin və onun vətəndaşlarının rifahı naminə qeyri-adi istedad, dərin bilik və böyük təcrübə tətbiq edərək, öhdənizə düşən işə böyük güc, enerji və vaxt sərf edirsiniz.

Siz təhsili, elmi, idmanı fəal dəstəkləyirsiniz və bunu qeyd etmək xüsusilə xoşdur ki, ölkələrimiz arasında tibb sahəsində əməkdaşlığa kömək edirsiniz.

Sizə səmimi qəlbdən uğurlar, firavanlıq, planlarınızın həyata keçməsini, yeni möhtəşəm zəfərlər və sürətli tərəqqi arzulayıram.

Hörmətlə,

Pyotr QLİBOÇKO
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru,Rusiya Elmlər Akademiyasının akademiki, professor

Möhtərəm Prezident, cənab Ali Baş Komandan İlham Əliyev!

Biz – ABŞ-Azərbaycan Qarabağ Atlarını Xilasetmə Assosiasiyası (USAKHRA) qeyri-hökumət təşkilatı olaraq bütün kollektivimiz adından Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik.

Sizin ali baş komandanlığınızla şanlı Azərbaycan Ordusu Vətən müharibəsində böyük Qələbə qazanaraq Azərbaycan dövlətçiliyinə misli görünməmiş töhfə verdi. Bütün dünya azərbaycanlılarına bu möhtəşəm Qələbəni yaşatdığınıza görə Sizə dərin təşəkkürümüzü bildiririk. Siz öz iradənizlə Azərbaycan xalqını bir millət kimi ucaltdınız. Siz özünüz isə Azərbaycan xalqının qəlbində daha da ucalmısınız. Biz çox sevinirik ki, Azərbaycan xalqı ilə onun Prezidenti arasında belə sıx vəhdət yaranıb. Sizin müdrik siyasətinizlə indi Azərbaycan öz tarixinin qızıl hərflərlə yazılan yeni mərhələsinə qədəm qoyub. Sizə dövlətçiliyimizin möhkəmləndirilməsində və inkişafında yeni nailiyyətlər arzulayırıq.

Cənab Prezident, Sizi doğum gününüz münasibətilə bir daha təbrik edir, Zati-alinizə Allahdan uzun ömür, möhkəm cansağlığı diləyirik.

Dərin hörmətlə,

Samir NOVRUZOV
ABŞ-Azərbaycan Qarabağ Atlarını Xilasetmə Assosiasiyasının (USAKHRA) həmtəsisçisi və prezidenti,Riçard ROEvitse-prezident,Mehin CAVANŞ
IROVA,həmtəsisçi və vitse-prezident,Datse STRAUSAAvropa üzrə regional direktor,Yaşar QULUZADƏ həmtəsisçi, Azərbaycan, Asiya və Türkiyə üzrə regional direktor

27 Dekabr 2020 18:12 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə