Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!
Doğum gününüz münasibətilə Sizə Qaz İxrac edən Ölkələr Forumu (GECF) ­adından səmimi təbriklərimi çatdırmaqdan şərəf hissi duyuram.
Belə əlamətdar günlər insanın öz həyat yoluna nəzər salmaq və gələcəyə baxaraq bu gün əldə etdiyi nailiyyətləri dəyərləndirmək üçün gözəl imkanlar yaradır. Zati-­alinizin yüksək liderlik keyfiyyətləri və müdrik rəhbərliyi Azərbaycan Respublikasının inkişafına və tərəqqisinə sanballı töhfələr verib. Siz uğurlu fəaliyyətiniz sayəsində həmvətənləriniz arasında və xaricdə haqlı olaraq nüfuz qazanmısınız.
2020-ci ildə bütün dünya COVID-19 pandemiyası səbəbindən misli görünməmiş bir çox çətinliklərlə üz-üzə qaldı. Böhranlara baxmayaraq, Azərbaycanın öz ərazi bütövlüyünün bərpası və əsas karbohidrogen infrastrukturunun inkişafı, o cümlədən müasir Cənub Qaz Dəhlizi layihəsinin uğurlu icrası istiqamətində qazanılmış mühüm nailiyyətlər ölkənin beynəlxalq aləmdə etibarlı tərəfdaş və davamlı enerji tədarükçüsü kimi nüfuzunu daha da artırıb.
2018-ci ildə Sizinlə görüşümüzdən sonra bütün bu il ərzində Azərbaycanın ­­Qaz İxrac edən Ölkələr Forumunun digər üzv ölkələri ilə əməkdaşlıq etməsini böyük heyranlıqla izləmişik. Bu, ölkənin neft və qaz yataqlarının istismarında əldə olunan tarixi töhfə baxımından bizim üçün müstəsna və rəmzi əhəmiyyət daşıyır. Buna görə də Zati-aliləri, səmərəli tərəfdaşlıq və davamlı dəstəyə görə səmimi minnətdarlığımı qəbul etməyinizi xahiş edirəm.
Azərbaycanın Qaz İxrac edən Ölkələr Forumundakı nüfuzunu nəzərə alaraq, 2021-ci ildə GECF-ə üzv ölkələrin dövlət və hökumət başçılarının Doha şəhərində keçiriləcək 6-cı Sammiti ərəfəsində ölkənizlə əməkdaşlığı daha da dərinləşdirmək niyyətimi bir daha vurğulamaq istərdim. GECF və qaz ixrac edən ölkələr üçün əlamətdar hadisə olan həmin tədbirdə Zati-alinizlə şəxsən görüşmək mənim üçün böyük şərəf olardı.
Zati-aliləri, Sizi bir daha təbrik edir, həmvətənlərinizə və bu çətin dövrlərə ­baxmayaraq, daha da güclənən Azərbaycan Respublikasına uzun illər rəhbərlik etməyinizi arzu edirəm. 
Cənab Prezident, Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Yuri Sentyurin 
Qaz İxrac edən Ölkələr Forumunun Baş katibi
                                                                                                                                          
Möhtərəm cənab Prezident!
Sizi doğum gününüz münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ­adından səmimi-qəlbdən təbrik edir, Zati-alinizə ən xoş arzu və diləklərimizi çatdırıram.
Sizin geniş dünyagörüşünüz və müdrik liderliyiniz nəticəsində Azərbaycan beynəlxalq aləmdə, o cümlədən Türk dünyasında sürətlə inkişaf edən, getdikcə söz sahibi olan daha qüdrətli bir ölkəyə çevrilib. Bu gün Azərbaycan Sizin uzaqgörən rəhbərliyinizlə cəmiyyət həyatının bütün sahələrinin müasirləşdirilməsi yolunda ardıcıl və dinamik surətdə irəliləyir.
Sizin yenilməz iradəniz, cəsarətli siyasətiniz nəticəsində Azərbaycanın öz əzəli torpaqlarına yenidən qovuşması tarixdə yeni, misilsiz uğur olmaqla yanaşı, ­regionda sülhün və sabitliyin bərqərar olmasının göstəricisidir. Yenidən doğma Qarabağ ­torpaqlarında Azərbaycanın şanlı Bayrağının dalğalanması Sizin Vətənə olan sonsuz sevginizin və sədaqətinizin əyani sübutudur.
Bu gün Azərbaycanın əldə etdiyi uğurlar ümumilikdə bütün Türk dünyasının uğurudur. Zati-alinizin təşəbbüsü ilə yaradılan, türkdilli xalqların tarixinin, maddi-mənəvi irsinin qorunması, araşdırılması və təbliği istiqamətində fəaliyyət göstərən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bu yolda Azərbaycanla birlikdə addımlamaqdan şərəf duyur. Fondun hər zaman Azərbaycanın yanında olduğunu bildirməkdən böyük fəxarət hissi duyduğumuzu qeyd etmək istəyirik.
Sizə möhkəm cansağlığı, ailə həyatınızda xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Bu xoş fürsətdən istifadə edərək Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirik.
Dərin hörmətlə,
Günay Əfəndiyeva  
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti
                                                                                                                                         
Zati-aliləri!
İcazə verin, doğum gününüz münasibətilə Sizə GUAM-ın Katibliyinin heyəti ­adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırım. 
Sizin doğum gününüz Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi və ərazi bütövlüyünün bərpası ilə başa çatan Vətən müharibəsində şanlı qələbə ilə eyni dövrə təsadüf edir. 
Bu tarixi nailiyyətin təməlində Sizin güclü liderliyinizin, möhkəm siyasi iradənizin, strateji baxışınızın və siyasi müdrikliyinizin, o cümlədən milli dövlət quruculuğu istiqamətindəki fədakarlığınızın və uzun illər davam edən yorulmaz fəaliyyətinizin dayandığı hamı tərəfindən qəbul edilir. Ali Baş Komandan olaraq ölkənizin müasir tarixinin ən mühüm və həlledici məqamında xalqı öz ətrafınızda birləşdirmək, səfərbər etmək və ona rəhbərlik etmək bacarığınız Sizin liderliyinizin ən bariz təzahürüdür.
Dinamik iqtisadiyyatı, fəal, sülhsevər və konstruktiv xarici siyasəti, eləcə də güclü və müasir ordusu olan müasir müstəqil Azərbaycanın uğurları ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş strategiyanın məntiqi nəticəsidir və bu gün həmin siyasəti Siz fədakarlıqla davam etdirirsiniz. 
Bu gün Azərbaycan beynəlxalq birlik tərəfindən tanınan və hörmət olunan üzv, beynəlxalq arenada aktiv və nüfuzlu aktor omaqla yanaşı, həm də dinc yanaşı yaşayış norma və prinsiplərini, eləcə də bəşəri dəyərləri əsas tutaraq sülh, dialoq və qarşılıqlı anlaşmanın carçısı rolunda çıxış edir.
Azərbaycanın enerji, nəqliyyat və rabitə sahələrində təşəbbüsçüsü və iştirakçısı olduğu mühüm beynəlxalq layihələr daha geniş olub Xəzər dənizi və Qara dəniz regionunun geosiyasi coğrafiyasını və məzmununu tamamilə dəyişərək, öz ölkəsinin qlobal iqtisadiyyata inteqrasiyasını və qonşu dövlətlər arasında əməkdaşlığı təmin edə bilib. Beləliklə də bu geniş və zəngin regionun strateji əhəmiyyəti daha da artıb. 
Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə nəticəsində bölgədə yaranmış yeni vəziyyət regionun bərpası və inkişafı üçün geniş imkanlar açır. Biz Sizin sağlam düşüncə və müdriklik nümayiş etdirməyə çağıran, hamını dialoqa və əməkdaşlığa dəvət edən xoşməramlı mesajlarınızı yüksək qiymətləndiririk. Biz qəti inanırıq ki, regionda yaranmış bu tarixi şansdan və misilsiz fürsətdən burada yaşayan bütün millətlərin maraqları və mənafeyi naminə istifadə olunmalıdır. Dörd dost xalqı və strateji tərəfdaşları birləşdirən GUAM-da bu məqsəd üçün bütün ideya və təşəbbüsləri dəstəkləməyə hazırıq.
Hörmətli cənab Prezident,
Bu xoş fürsətdən istifadə edərək, doğum gününüz və ölkənizin ­inkişafı istiqamətində əldə etdiyiniz böyük nailiyyətlər münasibətilə Sizi bir daha təbrik edirəm. Gözəl ölkənizin inkişafı və tərəqqisi naminə ideya və planlarınızın həyata keçirilməsində Sizə möhkəm cansağlığı, tükənməz enerji və daha böyük qələbələr arzulayırıq.
Sizə olan ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirəm. 
Hörmətlə,
Altay Əfəndiyev 
GUAM-ın Baş katibi
                                                                                                                                         
Möhtərəm cənab Prezident!
İcazə verin, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) İcraiyyə Komitəsi adından Sizə ehtiramımı bildirim və doğum gününüz münasibətilə təbrik edim.
Bu əlamətdar gündə Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik, ­firavanlıq və uğurlar arzu edirik. Qoy, Sizin təşəbbüsləriniz həmişə anlayışla ­qarşılansın və layiqincə qiymətləndirilsin. Sizə Azərbaycan Respublikasının inkişafı naminə fəaliyyətinizdə tükənməz enerji, cəsarətli ideyalar və yeni uğurlar diləyirik. 
Prezident vəzifəsində olduğunuz dövrdə qazandığınız nailiyyətlər, heç şübhəsiz, Sizin gözəl işgüzar və insani keyfiyyətlərinizə, gərgin beynəlxalq şəraitdə Azərbaycan Respublikasının mənafelərini qorumaq və ən mürəkkəb vəziyyətdə də düzgün həll yolu tapmaq bacarığınıza əsaslanır. Sizin sayənizdə Azərbaycan Respublikası beynəlxalq arenada öz nüfuzunu inamla möhkəmlədir.
Biz də öz növbəmizdə, Qaqauz xalqı adından Sizə Qaqauz Yerinə göstərdiyiniz diqqətə görə ən səmimi təşəkkürümüzü bildiririk. Sizi əmin edirik ki, Qaqauz ­Yerinin rəhbərliyi üçün Azərbaycan Respublikası ilə əməkdaşlıq mühüm və perspektivli hesab olunur. Biz dostluq və tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etməsi və möhkəmlənməsi üçün maksimum səy göstərəcəyik.
Möhtərəm cənab Prezident, fürsətdən istifadə edib, Sizə yüksək ehtiramımızı bildiririk.
Ən xoş arzularla, 
İrina Vlax 
Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun 
(Qaqauz Yeri) rəhbəri
Möhtərəm İlham Heydər oğlu!
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Siz dahi Heydər Əliyevin layiqli varisi və onun müdrik siyasətinin davamçısı kimi haqlı olaraq öz həmvətənlərinizin hörmətini və yüksək beynəlxalq nüfuz qazanmısınız. 
Sizin işgüzar və şəxsi keyfiyyətləriniz, zəngin siyasi təcrübəniz həmişə milli mənafeləri uğurla müdafiə etməyə, müasir dünya nizamının ən mürəkkəb və kəskin məsələlərini həll etməyə imkan verir.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, Azərbaycanın inkişafı və onun gözəl xalqının rifahı naminə yeni uğurlar diləyirəm. 
Sizə və xanımınız Mehriban Arif qızına xoş güzəran, 
təmiz və dinc səma arzuları ilə, 
Tatyana Anodina 
Dövlətlərarası Aviasiya Şurasının prezidenti, 
Dövlətlərarası Aviasiya Komitəsinin sədri
                                                                                                                                         
Hörmətli cənab Prezident!
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Siz bütün Azərbaycan xalqı üçün əsl milli lider, müdrik dövlət xadimi, beynəlxalq arenada ölkənizin milli maraqlarının qətiyyətli müdafiəçisisiniz. Siz atanız möhtərəm Heydər Əlirza oğlu Əliyevin layiqli övladısınız. Bu gün Siz onun böyük siyasi irsini davam etdirir və zənginləşdirirsiniz. Şadam ki, Sizin şəxsinizdə Rusiya etibarlı müttəfiqə malikdir, ölkələrimiz bərabərhüquqlu, qarşılıqlı etimada və hörmətə əsaslanan şərtlərlə strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirir və möhkəmləndirir.
Sizə və ailənizə səmimi qəlbdən möhkəm cansağlığı, uzun ömür, uğurlar və ­firavanlıq, gözəl Vətəniniz Azərbaycana sülh və tərəqqi arzu edirəm.
Hörmətlə,
Aleksey Juravlyov
Rusiya Federasiyası Federal Məclisinin 
Dövlət Dumasının deputatı, “Rodina” Partiyasının sədri
                                                                                                                                         
Möhtərəm İlham Heydər oğlu!
Doğum gününüz münasibətilə Sizi Ümumhəmkarlar İttifaqları Konfederasiyası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. 
Bu gün Azərbaycan dünyanın ən sürətlə və hərtərəfli inkişaf edən ölkələrindən biridir. Bu, millətin suveren və dünyaya açıq olan siyasi və iqtisadi inkişaf xəttini müəyyən edən həqiqi lider kimi Sizin görkəmli xidmətinizdir. İctimai tərəqqinin uğurları, dövlətçiliyin möhkəmlənməsi və ümdə sosial problemlərin səmərəli həlli ölkə vətəndaşları tərəfindən geniş dəstəklənir, onlar özlərinin və övladlarının gələcəyinə görə əmindirlər və öz Prezidentlərinə qeyd-şərtsiz etimad bəsləyirlər.
Fürsətdən istifadə edib Sizə həmkarlar hərəkatının fəaliyyətinə daim yetirdiyiniz diqqətə, sosial dialoqun möhkəmlənməsinə hərtərəfli köməyə görə bir daha səmimi təşəkkürümü bildirmək istərdim. 
Möhtərəm İlham Heydər oğlu, xahiş edirəm ən səmimi və xoş arzularımı, möhkəm cansağlığı, firavanlıq və Vətənin rifahı naminə fəaliyyətinizdə yeni uğurlar diləyimi qəbul edin.
Dərin hörmətlə,
Vladimir Şerbakov, 
Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Baş katibi
                                                                                                                                         
Hörmətli İlham Heydər oğlu!
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Çox xoşdur ki, Siz atanız Heydər Əliyevin işini layiqincə davam etdirirsiniz.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq, tükənməz enerji və Azərbaycan xalqının, Azərbaycan uşaqlarının naminə bütün səylərinizdə yeni uğurlar arzu edirəm.
Ümidvaram ki, uşaqların müdafiəsi sahəsində bundan sonra da səmərəli əməkdaşlıq edəcəyik.
Hörmətlə,
Albert Lixanov 
Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, 
yazıçı, akademik
                                                                                                                                         
Hörmətli İlham Heydər oğlu!
Rusiyanın TASS İnformasiya Agentliyinin kollektivi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. 
Belə bir Azərbaycan məsəli var: mümkünsüz iş olmur. Sizin siyasətdə keçdiyiniz yol bu müdrik kəlama parlaq sübutdur. Sizin qətiyyətli rəhbərliyinizlə respublikanız uzunmüddətli inkişaf layihələri həyata keçirir, daxili və xarici siyasətdə ən ambisiyalı məsələləri uğurla həll edir. Bu gün Sizin məqsədyönlülüyünüz, mərdliyiniz və öz Vətəninə sadiq dövlət lideri kimi siyasi iradəniz zamanın yeni çağırışları qarşısında Azərbaycanın dözümlülüyünün rəhnidir. 
Sizə sülh, xoş güzəran, cansağlığı və firavanlıq, bütün təşəbbüslərinizdə yeni uğurlar arzu edirəm. 
Hörmətlə,
Sergey Mixaylov 
Rusiyanın TASS informasiya agentliyinin 
Baş direktoru
                                                                                                                                         
Möhtərəm İlham Heydər oğlu!
Rusiyanın TASS informasiya agentliyi adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. 
Siz müasir dövrün görkəmli siyasi xadimi, müdrik rəhbər, nadir şəxsiyyət, gözəl ailə başçısı kimi uzun illər öz gücünüzü, biliklərinizi və təcrübənizi Azərbaycanın rifahına sərf edirsiniz. Siz əsl vətənpərvər və Azərbaycan xalqının müdafiəçisi kimi tarixi ədaləti bərpa etdiniz və öz ölkənizin dövlətçiliyini qalibiyyətlə möhkəmləndirdiniz. 
Sizə və yaxınlarınıza səmimi-qəlbdən möhkəm cansağlığı, firavanlıq, nikbinlik, gələcək planlarınızın həyata keçməsi üçün tükənməz enerji, doğma ölkənizin rifahı naminə uğurlu və səmərəli fəaliyyət arzulayıram! 
Sizə və Azərbaycan xalqına sülh və tərəqqi diləyirəm!         
Hörmətlə,
Mixail Qusman
 Rusiyanın TASS informasiya agentliyinin 
baş direktorunun birinci müavini
                                                                                                                                         
Zati-aliləri!
Doğum gününüz münasibətilə “Mir” Dövlətlərarası Teleradio Şirkəti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.
İcazə verin Sizə möhkəm cansağlığı, nikbinlik, tükənməz quruculuq enerjisi, ­qarşıya qoyduğunuz hədəflərin reallaşmasında uğurlar, bütün Azərbaycan xalqına firavanlıq, sülh və tərəqqi arzularımı bildirim.
Sizə və yaxınlarınıza xoş və xeyirli günlər diləyirəm.
Dərin hörmətlə,
Radik Batırşin
“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri 
                                                                                                                                         
Zati-aliləri!
Yeni 2021-ci il ərəfəsində Sizi səmimi qəlbdən təbrik edir və gələn ilin xoşbəxt və firavan keçməsi ilə bağlı arzularımı çatdırmaqdan şərəf duyuram. Bu fürsətdən istifadə edərək Sizi, həmçinin doğum gününüz münasibətilə də təbrik edirəm.
Yola saldığımız il İsrail, Azərbaycan və dünyanın əksər ölkələri üçün gözlənilməz çətinliklər və misli görünməmiş təhdidlərlə yadda qaldı. 
Mən Sizinlə Bakıda görüşməyi səbirsizliklə gözləyirdim, ancaq hamımızın bu il öhdəsindən gəlməli olduğumuz pandemiya həmin görüşümüzü təxirə salmağa məcbur etdi.
Ümid edirəm ki, gələn il Sizinlə görüşmək üçün fürsət yaranacaqdır, çünki həqiqətən də Sizinlə şəxsən görüşüb yəhudi və Azərbaycan xalqları arasındakı tarixi səmimi münasibətlərlə bağlı məmnunluğumu bildirmək istərdim.
Yeni il xalqınıza sülh, firavanlıq və cansağlığı bəxş etsin, xalqlarımız arasındakı səmimi və sıx əlaqələr daha da inkişaf etsin. İsrail ilə Azərbaycan arasındakı strateji əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə və genişlənəcəyinə ümidvaram.
Cənab Prezident, Sizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
İsaak Herzoq
“İsrail üçün Yəhudi Agentliyi”nin icraçı direktoru
Cənab Prezident İlham Əliyev!
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı ­çatdırıram. 
Sizə möhkəm cansağlığı arzulayır və Zati-alinizin rəhbərliyi ilə ölkənizin daha ­uğurla inkişaf etməsini diləyirəm. 
Hörmətlə, 
Ravvin Mark Şnayer
ABŞ-ın Etnik Anlaşma Fondunun sədri

                                                                                                                                         
Hörmətli cənab Prezident!
Doğum gününüz münasibətilə “Tekfen İnşaat” şirkətinin kollektivi adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırıram. 
Sizin müəyyənləşdirdiyiniz yolla gözəl gələcəyə doğru irəliləyən, ildən-ilə güclənən Azərbaycan Respublikası daha yüksək müvəffəqiyyətlərə nail olacaqdır. Sizin müdrik siyasətiniz nəticəsində Azərbaycan özünü regional lider kimi təsdiqlədi. Siz müdrik siyasi xadim, mahir diplomat, müzəffər Ali Baş Komandan olaraq ölkənizi və xalqınızı tarixə qızıl hərflərlə həkk edilən böyük Qələbəyə qovuşdurdunuz.  
Cənab Prezident, Sizi səmimi qəlbdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxt həyat, dost və qardaş Azərbaycan xalqının firavan və rifah dolu gələcəyi istiqamətində fəaliyyətinizdə yeni-yeni zəfərlər arzulayıram.
Hörmətlə, 
Levent Kafkaslı
“Tekfen İnşaat” şirkətinin İdarə Heyətinin sədri
                                                                                                                                         
Hörmətli İlham Heydər oğlu!
Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Sizin ali dövləti vəzifədə fəaliyyətiniz bütünlüklə Azərbaycana və onun vətəndaşlarına həsr olunub. Yorulmaz fədakarlıq, özünə və tabeliyində olanlara qarşı yüksək tələbkarlıq, ölkənin inkişaf perspektivlərini qabaqcadan görmək – bütün bu keyfiyyətlər Sizə ölkədə və xaricdə dərin hörmət və nüfuz qazandırır.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında işgüzar əlaqələrin inkişafına və genişlənməsinə, qarşılıqlı dostluq münasibətlərinin möhkəmlənməsinə, ticari-iqtisadi əlaqələrin inkişafına Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk.
Bu xoş fürsətdən istifadə edərək, Azərbaycanda bizim fəaliyyətimizə göstərdiyiniz diqqətə görə Sizə səmimi-qəlbdən təşəkkür etmək istərdim. Sizi əmin etmək istərdim ki, biz Azərbaycan Respublikası qarşısında götürdüyümüz öhdəlikləri bundan sonra da dəqiq yerinə yetirəcəyik.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən tükənməz enerji, işlərinizdə böyük uğurlar, doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və ­firavanlıq diləyirəm.
Hörmətlə,   
Vahid Ələkbərov
“LUKoyl” neft şirkətinin prezidenti
                                                                                                                                         
Hörmətli İlham Heydər oğlu!
Doğum gününüz münasibətilə Sizi “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyəti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, səmərəli fəaliyyət, planlarınızın uğurla reallaşmasını və Azərbaycanın rifahı naminə yeni nailiyyətlər arzu edirəm.        
Hörmətlə,
Aleksey Miller
“Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri
                                                                                                                                         
Zati-aliləri!
Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, tükənməz güc, xoşbəxtlik, rifah və həyatın ən gözəl nemətlərini diləyirik.
Dərin hörmətlə,
Vardis Vardinoyannis
Yunanıstanın “Motor Oil Hellas”, “Vegas Oil and Gas”
şirkətlərinin sədri və xanımı Marianna Vardinoyannis
                                                                                                                                         
Hörmətli cənab Prezident!
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə və ailənizə möhkəm cansağlığı və firavanlıq arzu edirəm.
Bu xoş fürsətdən istifadə edərək Sizi və Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbrik etmək istəyirəm. Sizə və Azərbaycan xalqına davamlı müvəffəqiyyət və rifah arzu edirəm.
BP şirkəti olaraq biz Azərbaycana böyük önəm verir və ölkənizdəki fəaliyyətimizdən qürur duyuruq. Ötən 28 il ərzində biz regionda çox sayda dünya əhəmiyyətli layihələr həyata keçirmişik. Bu layihələrin gerçəkləşməsi Sizin dəstəyiniz və rəhbərliyiniz sayəsində mümkün olub. Biz, həmçinin Azərbaycan hökuməti və SOCAR ilə məhsuldar və etibarlı əməkdaşlığı yüksək qiymətləndirir, bu münasibətlərin gələcəkdə də davam edəcəyinə ümid edirik.
Hörmətlə, 
Qəri Counz
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti
                                                                                                                                         
Hörmətli İlham Heydər oğlu!
Doğum gününüz münasibətilə Sizi Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının, Rusiya Vəkillər Gildiyasının, Rusiya Vəkillik və Notariat Akademiyasının, “Moskva hüquq mərkəzi” vəkillər kollegiyasının adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm! 
Sizin bir vətənpərvər və vətəndaş kimi fəal həyat mövqeyiniz, dövlət əhəmiyyətli məsələləri qüsursuz icra etməyiniz Vətənə layiqli xidmət nümunəsidir. Siz Heydər Əlirza oğlu Əliyevin Azərbaycan Respublikasında islahatçılıq yolunun layiqli ­davamçısısınız.   
Sizin səmərəli rəhbərliyinizlə Azərbaycan genişmiqyaslı siyasi və iqtisadi ­islahatlar və dəyişikliklər, əhalinin sosial rifahının yüksəldilməsi yolu ilə inamla irəliləyir, ­aktual beynəlxalq və regional problemlərin həllində fəal iştirak edir. Dağlıq Qarabağda münaqişə Sizin bilavasitə iştirakınız sayəsində Azərbaycan və Ermənistan xalqlarının mənafeləri üçün ədalətli əsasda nizamlandı.
Sizin müdrik siyasətiniz sayəsində Azərbaycan ilə Rusiya arasında iqtisadi, mədəni və siyasi əlaqələr günbəgün genişlənir və möhkəmlənir. Mən Sizin həmvətəniniz kimi öz tarixi Vətənimlə fəxr edirəm. 
Bu gün Siz həyatınızın ən mühüm mərhələsindəsiniz – bu dövrdə zəngin təcrübə müdriklik və həyati biliklərlə harmonik şəkildə birləşir. Çox iş görülüb, lakin gələcək üçün yeni planlar çoxdur.
Qoy, enerji, gümrahlıq və mənəvi güc Sizin etibarlı tərəfdaşlarınız olaraq qalsın. Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə uğurlar və Azərbaycan xalqının rifahı naminə yeni zəfərlər arzu edirəm.     
Sizə, yaxınlarınıza və bütün Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm.
Hörmətlə, 
Həsən Mirzəyev
Rusiya Vəkillər Gildiyasının prezidenti, Rusiya Federasiyasının 
Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor
                                                                                                                                         
Hörmətli İlham Heydər oğlu!
Doğum gününüz münasibətilə Sizi Rusiya-Azərbaycan İşgüzar Şurasının adından və şəxsən öz adımdan təbrik edirəm.
Siz siyasi fəaliyyətlə məşğul olduğunuz illər ərzində haqlı olaraq Azərbaycan xalqının sevgisini və hörmətini, dünya ictimaiyyəti arasında nüfuz qazanmısınız. Siz dövlət başçısı vəzifəsində olduğunuz dövrdə Azərbaycan iqtisadiyyatda və sosial həyatda sanballı nəticələr qazanıb. Bu uğurlar həm ölkə vətəndaşları tərəfindən, həm də xaricdə yüksək qiymətləndirilir.
 Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında münasibətlərin möhkəmlənməsinə Sizin töhfənizi yüksək qiymətləndiririk. Sizin səyləriniz və müdrik qərarlarınız sayəsində bizim strateji tərəfdaşlığımız sürətlə inkişaf edir və hər il yeni perspektivlər nümayiş etdirir.
Öz tərəfimdən Sizi əmin etmək istərdim ki, biz İşgüzar Şurada konstruktiv dialoqu bundan sonra da davam etdirmək və ölkələrimiz arasında qarşılıqlı faydalı iqtisadi münasibətlərin möhkəmlənməsinə şərait yaratmaq niyyətindəyik.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni qələbələr və uğurlar arzu edirik.
Dərin hörmətlə, 
Aleksey Repik
Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri!
Doğum gününüz münasibətilə Sizi təbrik edir, möhkəm cansağlığı, Azərbaycan ­Respublikasının bundan sonra da inkişafı istiqamətində fəaliyyətinizdə uğurlar diləyirəm.  
Müxtəlif məsələlər üzrə fikir və ideyalarımızı açıq mübadilə imkanı kimi qiymətləndirdiyim əvvəlki görüşlərimizi məmnunluq hissi ilə xatırlayıram. Ümid edirəm ki, qarşıdakı illərdə də ölkələrimiz arasındakı əhəmiyyətli münasibətləri inkişaf etdirməyə səy göstərəcəyik. 
Serbiya-Azərbaycan münasibətlərinin qarşılıqlı hörmət və etimad ruhunda inkişafına verdiyiniz töhfəni yüksək qiymətləndirir, Kosovo və Metoxiya məsələsində Azərbaycanın prinsipial mövqeyinə, həmçinin beynəlxalq təşkilatlarda Serbiyaya göstərilən dəstəyə görə Sizə xüsusi minnətdarlığımı bildirirəm. Eyni zamanda, bu xoş fürsətdən istifadə edərək Serbiyanın BMT-yə üzv ölkələrin ərazi bütövlüyü və suverenliyinə prinsipial sadiqliyini vurğulayıram.
Hər zaman səmimi dostların əhatəsində olmağınızı, fədakar əməyinizin nəticələrinin gələcək nəsillər tərəfindən minnətdarlıqla qarşılanmasını arzu edir, bir daha Sizə dərin ehtiramımı bildirirəm.
Hörmətlə,
Aleksandr Vuçiç 
Serbiya Respublikasının Prezidenti
                                                                                                                                          
Hörmətli cənab Prezident!
Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Zati-alinizə möhkəm ­cansağlığı, xoşbəxtlik və ailə səadəti, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Pandemiya ilə bağlı hazırda yaşadığımız çətin dönəmə baxmayaraq, ölkələrimiz həmrəylik nümayiş etdirir, Monteneqro və Azərbaycan arasındakı əməkdaşlıq əlaqələrinin və sıx münasibətlərin davamlı inkişafına töhfə verməkdə davam edirlər. 
Sizinlə yaxın gələcəkdə görüşməyimizi səbirsizliklə gözləyirəm və dost Azərbaycana ­inkişaf arzulayıram. 
Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Ən xoş arzularla,
Milo Cukanoviç
Monteneqronun Prezidenti
                                                                                                                                          
Hörmətli cənab Prezident!
Doğum gününüz münasibətilə Sizi təbrik etməkdən şərəf hissi duyuram.
Sizinlə keçirdiyimiz görüşləri məmnunluqla xatırlayıram. Ümid edirəm ki, ölkənizi və xalqınızı əvvəlki illərdə olduğu kimi, müsbət istiqamətdə irəliyə doğru aparmaqda davam edəcəksiniz.
Cənab Prezident, icazə verin ümumi ailəmiz olan, Sizin strategiyanızı və rəhbərliyinizi dəstəkləyən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz diqqətə görə də Sizə minnətdarlığımı bildirim.
Ən xoş arzularla,
Mladen İvaniç 
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sabiq üzvü 
(2014-2018), 2002-2007-ci illərdə Bosniya və Herseqovinanın xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü
                                                                                                                                          
Hörmətli cənab Prezident, əziz qardaşım!
Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizin builki doğum ­gününüz həm də qardaş Azərbaycan xalqının qürurla qeyd etməli olduğu bir hadisədir. Çünki Sizin müdrik və qətiyyətli rəhbərliyinizlə Azərbaycan Ermənistanı məğlub edərək işğal altında olan torpaqlarını geri qaytarmaqla tarix yazıb.
Azərbaycanın inkişafı və əldə etdiyi uğurlar, eləcə də beynəlxalq səviyyədə daim artan ­nüfuzu Sizin yorulmaz səyləriniz və rəhbərliyiniz sayəsində mümkün olub.
Cənab Prezident, Sizin rəhbərliyinizlə Azərbaycan xalqının daha firavan və təhlükəsiz həyata inamı tükənməzdir.
Sizə möhkəm cansağlığı diləyir, Zati-alinizin rəhbərliyi ilə qazanılan uğurların 
Azərbaycanı daha yüksək zirvələrə çatdırmasını arzulayıram.
Dərin hörmətlə,
 Hikmət Çətin 
Türkiyə Böyük Millət Məclisinin sabiq sədri (1997-1999), 
Türkiyənin sabiq xarici işlər naziri (1991-1994),
 Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü
                                                                                                                                          
Möhtərəm İlham Heydər oğlu!
Doğum gününüz münasibətilə Sizi ən xoş arzularla təbrik edirəm. 
Sizin çoxşaxəli qurucu fəaliyyətiniz, dövlətin mənafelərini qətiyyətlə müdafiə etmək ­bacarığınız Azərbaycanı güclü və müstəqil dövlətə çevirib, konstruktiv və uzaqgörən xarici siyasətiniz Sizə beynəlxalq arenada dərin hörmət və nüfuz qazandırıb. 
Bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar və Azərbaycan xalqının firavanlığı naminə yeni zəfərlər arzulayıram. 
Hörmətlə, 
İlyas Umaxanov 
Rusiya Federasiyası Federal Məclisinin Federasiya 
Şurası sədrinin müavini
                                                                                                                                          
Hörmətli İlham Heydər oğlu!
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Sizə möhkəm cansağlığı, çoxmillətli Azərbaycan xalqının rifahı naminə qarşıda ­duran məsələlərin həllində yeni uğurlar, firavanlıq, sülh, xoş güzəran, səadət və tərəqqi ­arzulayıram.
Dərin hörmətlə,
Ruslan Auşev
 İnquşetiya Respublikasının birinci prezidenti
                                                                                                                                          
Möhtərəm İlham Heydər oğlu!
Doğum gününüz münasibətilə Sizi Avrasiya Yəhudi Konqresinin liderləri adından və şəxsən öz adımdan təbrik edirəm. Cənab Prezident, Sizə möhkəm cansağlığı, 
uzun ömür, xoşbəxtlik və bütün təşəbbüslərinizdə uğur arzulayıram.
Uzun illərdir ki, Azərbaycanda dini-etnik dözümlülük mühiti hökm sürür. Min ildən çoxdur ki, yəhudilər Azərbaycanda yaşayır və həmişə orada özlərini təhlükəsizlikdə, həqiqətən dostların əhatəsində hiss edirlər.
Azərbaycanın Yəhudi İcmasının çoxsaylı nümayəndələri respublikanın siyasi, mədəni, sosial və iqtisadi həyatında fəal iştirak ediblər və edirlər. İsrail ilə Azərbaycan arasında yaranmış gözəl dövlətlərarası, iqtisadi və mədəni münasibətlər isə dünyanın bütün xalqları üçün nümunə ola bilər. 
Müasir dünyanın universal dəyərlərinə açıqlığı ənənələr və tarixi irs ilə birləşdirən Azərbaycan tolerantlığın və sabitliyin əyani nümunəsidir və bu, Sizin böyük xidmətinizdir.
Cənab Prezident, icazə verin Sizi bu əlamətdar gündə bir daha təbrik edim, 
ən xoş arzularımı çatdırım. Sizə uzun ömür, möhkəm cansağlığı diləyirəm. 
Dərin hörmətlə,
Mixail Mirilaşvili 
Avrasiya Yəhudi Konqresinin prezidenti

 

26 Dekabr 2020 13:18 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə