Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Möhtərəm cənab Prezident!

Moskva Polad və Xəlitələr İnstitutu Milli Texnoloji Tədqiqatlar Universitetinin kollektivi ­adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə təbrik edirəm.
Sizin dövlət başçısı vəzifəsində Azərbaycan Respublikasının firavanlaşmasına, ölkənin iqtisadi və intellektual potensialının inkişafına, dövlətlərimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsinə yönəlmiş səmərəli fəaliyyətiniz yüksək peşəkarlığın və idarəçilik istedadının parlaq nümunəsidir.
Bizim universitetlə Azərbaycanın akademik ictimaiyyəti arasında çoxdan mövcud olan səmərəli əməkdaşlıq ölkənin kadr potensialının formalaşmasına kömək edir. Bizim universitetdə hər il onlarca istedadlı azərbaycanlı tələbə təhsil alır. Onlar Azərbaycan sənayesinin modernləşməsinə layiqli töhfələr verəcəklər.
Möhtərəm cənab Prezident, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, firavanlıq, tükənməz enerji, sədaqətli həmfikirlər və Vətənin rifahı naminə yeni zəfərlər arzu edirəm.
Hörmətlə,
Alevtina Çernikova
Moskva Polad və Xəlitələr İnstitutu 

Hörmətli İlham Heydər oğlu!
Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirik. 
Bu gün Çuvaşiyada yaşayan azərbaycanlılarla birlikdə biz də sevinirik. Azərbaycanın işğal edilmiş torpaqları Sizin müdrik rəhbərliyiniz sayəsində azad olunub. Siz bütün Türk dünyasının milli qəhrəmanına çevrilmisiniz.
Bu əlamətdar gündə Sizin əziz atanızı xatırlayırıq. 2000-ci ildə biz onun qonağı olmuşuq. O deyirdi: “Yadellilər tərəfindən işğal olunmuş bütün torpaqlarımız azad ediləcək”. Onun bütün sözləri gerçəkləşdi. Biz həmişə yadda saxlayırdıq və yenə yadda saxlayırıq: Azərbaycanlılar biz çuvaşlara yaxın, qohum olan türk xalqıdır. 
Sizə və bütün Azərbaycan xalqına xoşbəxtlik, firavanlıq, tərəqqi və sülh arzulayırıq.
Hörmətlə,
Mixail Yuxma
Çuvaşiya Xalq yazıçısı, “Türk Dünyası qarşısında xidmətlərinə görə”
Türk mükafatı laureatı,
Aqil Əliyev
Çuvaşiya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti
Milli Texnoloji Tədqiqatlar Universitetinin rektoru

26 Dekabr 2020 13:04 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə