Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə hərbi qulluqçularımız üçün dəstək aksiyasına başlayıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularımız üçün yeni dəstək aksiyasının həyata keçirilməsinə başlayıb.

AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində dekabrın 18-dən başlaya­raq Kəlbəcər rayonu, Xocavənd rayo­nunun işğaldan azad olunmuş hissəsi və Hadrut qəsəbəsində hərbi xidməti davam etdirən əsgər və zabit heyəti üçün, onların istəkləri nəzərə alınmaqla, müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağla­maların çatdırılmasına başlanılıb.

Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə “Bra­vo” supermarketlər şəbəkəsinin nümayəndələri işğaldan azad olunmuş ərazilərə səfər edərək bağlamaları hərbi qulluqçularımıza çatdırıblar, həmçinin əsgərlərimizlə söhbət edərək onların istəklərini qeydə alıblar.

Hərbi qulluqçularımızın istək və ehtiyaclarının qarşılanmasına xüsusi həssaslıqla yanaşan Mehriban xanım Əliyevanın təşəbbüsü çərçivəsində növbəti günlərdə işğaldan azad olun­muş digər ərazilərə də səfərlər təşkil ediləcək.

Aksiyanın davamlı şəkildə həyata keçirilməsi nəzərdə tutulub.

22 Dekabr 2020 01:02 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə