Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda son sutkada 3028 nəfər COVID-19-dan sağalıb, 1505 nəfər yoluxub, 43 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 505 yeni yoluxma faktı qeydə alınıb, 3 028 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 203 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 142 807 nəfər müalicə olunaraq sağalıb, 2 253 nəfər vəfat edib, aktiv xəstə sayı 58 533 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 383, ötən müddət ərzində isə ümumilikdə 2 073 137 test aparılıb.
21 Dekabr 2020 17:15 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə