Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Liverpul” səfərdə “Kristal Palas”a qalib gəlib

Dekabrın 19-da futbol üzrə İngiltərə Premyer Liqasının 14-cü turuna start verilib.

AZƏRTAC xəbər verir ki, turun açılış görüşündə son çempion “Liverpul” səfərdə “Kristal Palas”ın qonağı olub.

Görüş “Liverpul”un 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Mersessayd təmsilçisinin heyətində Takumu Minamino, Sadio Mane, Roberto Firmino (2), Məhəmməd Salah (2) və Jordan Henderson fərqləniblər.

Bu qələbə sayəsində “Liverpul” xal ehtiyatını 31-ə çatdıraraq, turnir cədvəlində liderliyini davam etdirir. “Kristal Palas” isə 18 xalla 12-ci yerdə qərarlaşıb.

Turun ilk oyun günündə “Mançester Siti” səfərdə “Southemton” komandasının qonağı olacaq. “Everton” isə “Arsenal”ı qəbul edəcək.

20 Dekabr 2020 11:08 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə