Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa çempionatı: Eltac Səfərli David Navara ilə mübarizə aparacaq

Blits üzrə onlayn Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, çempionatın seçmə mərhələsində uğurla çıxış edən Azərbaycan təmsilçisi Eltac Səfərli 16 ən yüksək nəticə göstərən şahmatçı sırasında yer alıb. Bu gün start götürəcək səkkizdəbir final mərhələsində təmsilçimiz Çexiyanın güclü şahmatçılarından biri olan David Navara ilə gücünü sınayacaq. Oyun 4 partiyadan ibarət olacaq.

Pley-off mərhələsinin ən yaxşı 4 oyunçusu isə turnirin medalçılarını və qalibini müəyyənləşdirən yarımfinala yüksələcək. Daha sonra superfinal keçiriləcək.

20 Dekabr 2020 10:58 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə