Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Manuel Baum istefaya göndərilib

Almaniyanın “Şalke” klubunun baş məşqçisi Ma­nuel Baum istefaya göndərilib. Almaniya mətbuatı Bundesliqa klubunun tezliklə bu qərarı rəsmən açıq­layacağını yazıb. Bildirilir ki, istefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Komandanı qarşı­dakı iki oyuna Hub Stevensin çıxaracağı gözlənilir.

Qeyd edək ki, “Şalke” Bundesliqada geridə qalan 12 turda qələbə qazana bilməyib. Komandanın hesabında 4 heç-heçə və 8 məğlubiyyət var. Komanda 18 turdan sonra turnir cədvəlində axırıncı pillədə qərarlaşıb.

Xəbəri “Sport Bild” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

20 Dekabr 2020 06:25 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə