Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Messi xeyriyyəçiliyinə görə "İlin dünya çempionu" mükafatını aldı

Futbol üzrə Argentina milli yığmasının və "Barselona" komandasının hücumçusu Lionel Messi “Champion for Peace of the Year” mükafatını alıb. Bu barədə “Peace and Sport” saytı məlumat yayıb.

"İlin dünya çempionu" mükafatı sülhün, ədalətin və sosial inteqrasiyanın nailiyyəti üzrə əhəmiyyətli və dayanıqlı idman təşəbbüslərinə başçılıq etmiş idmançılara verilir. Futbol meydanında dürüst oyunu ilə tanınmış və yüksək qiymətləndirilmiş Messi həmçinin meydançadan kənarda da öz sosial sədaqəti ilə fərqlənib.

Leo Messi öz fondu vəsilə ilə dünyanın hər yerində, xüsusən İspaniya, Argentina, Mozambik, Fələstin, Keniya, Suriya və Nepal kimi ölkələrdəki imkansız uşaqlar üçün təhsil və sosial inteqrasiya məsələlərini önə çəkir”, - “Peace and Sport” saytındakı bəyanatda bildirilir.

Daha əvvəl bu mükafatın qalibləri "İnter Mayami"nin yarımmüdafiəçisi Blez Matyuidi və reqbi oyunçusu Siya Kolisi olublar.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

19 Dekabr 2020 10:21 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə