Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İdmançımız finalda uduzdu

Azərbaycanın sərbəst güləşçisi Əhmədnəbi Qvarzatilov Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda final görüşünə çıxıb. 61 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada rusiyalı Abashacı Məhəmmədovla üz-üzə gəlib.

Rəqibinə 1:5 hesabı ilə uduzan Qvarzatilov gümüş medalla kifayətlənib.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc, qadın güləşçilərdən isə Elis Manolova (65 kq) bürünc medal qazanıb.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

19 Dekabr 2020 10:20 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə