Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"The Best": Millimizin baş məşqçisindən maksimum göstərici

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi FIFA-nın "The Best" mükafatı üçün keçirdiyi sorğuda yanılmayıb. Italiyalı mütəxəssis hər 3 nominasiya üzrə düzgün seçim edib.

Belə ki, o, ən yaxşı qapıçı kimi Almaniya "Bavariya"sında Manuel Noyerə, baş məqçi kimi İngiltərə "Liverpul"undan Yurgen Kloppa, futbolçu kimi isə yenə də Münhen təmsilçisindən Robert Levandovskiyə səs verib. Hər 3 şəxs müvafiq nominasiyalar üzrə qalib olub.

Yığmanın kapitanı Maksim Medvedev də Kloppla Levandovskini "The Best" mükafatına layiq görüb.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

18 Dekabr 2020 11:22 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə