Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bir milyon avro təzminat

Dortmund  “Borussiya”sı komandanın sabiq baş məşqçisi Lusyen Favra bir milyon avro təzminat ödəyəcək. Buna səbəb klubun 63 yaşlı mütəxəssisin müqaviləsinə vaxtından əvvəl xitam verməsidir. İsveçrəli məşqçinin klubla 2021-ci ilin iyun ayına qədər sözləşməsi olsa da, o, dekabrın 13-də istefaya göndərilib. “Borussiya” Bundesliqanın 11-ci turunda “Ştutqart”a məğlub olduqları oyundan (1:5) sonra Favrla yolları ayırıb.
Məlumatı “Eurosport” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

17 Dekabr 2020 19:58 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə