Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qadın güləşçimiz Dünya Kubokunda bürünc medal qazandı

Azərbaycanın qadın güləşçisi Elis Manolova Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda bürünc medal qazanıb. 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı medal görüşündə türkiyəli Aslı Demirhana qalib gəlib - 4:0.

Digər sərbəst güləşçi Alyona Kolesnik (57 kq) isə rusiyalı Veronika Çumikovaya uduzaraq, bürünc medal şansını əldən verib.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə edib.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

17 Dekabr 2020 12:05 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə