Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Xəyalların komandası”

“France Football” nəşri futbol tarixində xəyalların koman­dasını açıqlayıb. Bu “11-liy”ə hazırda karyerasını davam etdirən İspaniyanın “Barselona” klubunun kapitanı Lionel Messi və İtaliyanın “Yuventus” komandası­nın hücumçusu Kriştiano Ronaldu da daxildir. Rəmzi heyət 3-2-2-3 taktiki sxemi üzərində qurulub. Ən yaxşı “11-lik”də Lev Yaşin (Rusiya), Kafu (Braziliya), Frants Bekkenba­uer (Almaniya), Paolo Maldini (İtaliya), Lotar Matteus (Almaniya), Xavi Ernandes (İspaniya), Dieqo Maradona (Argentina), Pele (Braziliya), Luis Nazario de Lima Ro­naldo (Braziliya) yer alıb. Xəyalların komandasını “Qızıl top” mükafatının səsverməsində iştirak edən 140 nəfər jurnalistdən ibarət münsiflər heyəti seçib.

Xəbəri “Futbolhd.ru” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

17 Dekabr 2020 05:12 - İDMAN
İDMAN
6 May 2021 | 08:20
Joze Mourinyo “Roma”da

Köhnə versiyamızdan xəbərləri izlə