Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Real" La Liqa matçında "Atletik"ə qalib gəlib

Futbol üzrə İspaniya çempionatının növbəti matçında “Real Madrid “Atletik"lə qarşılaşıb. Görüş Madridin “Alfredo di Stefano” stadionunda boş tribunalar qarşısında keçirilib və meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə qurtarıb.

Qaliblərin heyətində Toni Kroos və dubl etmiş Kərim Benzema fərqlənib.

Rəqib komandanın yeganə qolunu Ander Kapa vurub.

Zinəddin Zidanın yetirmələri bu qələbədən sonra 26 xal toplayıblar və La Liqanın yarış cədvəlində üçüncü yerdə mövqe tutublar.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

16 Dekabr 2020 11:50 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə