Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Müzəffər Azərbaycan Ordusu tərəfindən strateji əhəmiyyətli Şuşa şəhərinin erməni işğalından azad olunması xəbərini böyük sevinclə qarşıladıq. Bu möhtəşəm Qələbənin Bayraq Günü ərəfəsində qazanılması əlamətdar hadisədir. Böyük Allaha şükürlər olsun. Zati-aliləri, qardaş Azərbaycan xalqını və müzəffər Azərbaycan Ordusunu təbrik etməkdən qürur duyuram.

Müzəffər Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə parlaq qələbələrə imza atan Azərbaycan Ordusunun 30 il erməni işğalı altında olan Qarabağ bölgəsini qısa zamanda azad etməsi Azərbaycanın ən yeni tarixinin şanlı səhifəsidir. Vətən müharibəsində şəhid olan hərbçilərə və mülki vətəndaşlara Allahdan rəhmət diləyirəm.

Böyük Allahdan Zati-alinizi, dost Azərbaycanı və İslam dünyasını müharibələrdən və fəlakətlərdən hər zaman qorumasını, xalqınızın sülh və firavanlıq içərisində yaşamasını, müstəqilliyinizin əbədi olmasını diləyirəm.

Dərin ehtiramla,

 

professor Dr. Halit Eren

İstanbul şəhərindəki İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmaları Mərkəzinin Baş direktoru

15 Dekabr 2020 23:12 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə