Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Futbol tarixinin ən yaxşı qapıçısı müəyyənləşdi

"France Football" nəşri futbol tarixinin ən yaxşı qapıçısı ilə bağlı səsvermənin nəticəsini açıqlayıb. Bu ada SSRİ yığmasının qolkiperi Lev Yaşin layiq görülüb.

Mükafata həmçinin Qordon Benks (İngiltərə) Toma Nkono (Kamerun), Canluici Buffon ("Yuventus", İtaliya), Peter Şmeyxel (Danimarka), İker Kasilyas (İspaniya), Edvin van der Sar (Niderland), Zepp Mayer (Almaniya), Manuel Noyer ("Bavariya", Almaniya), Dino Zoff (İtaliya) kimi qapıçılar iddia edirdi.

Qeyd edək ki, qalibi "Qızıl top" mükafatının səsverməsində iştirak edən 140 nəfər jurnalistdən ibarət münsiflər heyəti müəyyənləşdirib.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

15 Dekabr 2020 11:49 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə