Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Millimizin sabiq baş məşqçisi futbol tarixinin rəmzi yığmasına seçildi

Dünyaca məşhur "France Football" nəşri futbol tarixinin ən yaxşı ikinci və üçüncü rəmzi yığmalarını açıqlayıb. Ikinci dərəcəli "11-lik"də Azərbaycan millisinin sabiq baş məşqçisi Karlos Alberto Torres də yer alıb.

Rəmzi komandaya mərhum müdafiəçi ilə yanaşı, Braziliya yığmasının daha 3 üzvü daxil edilib.

Qapıçı: Canluici Buffon (İtaliya)

Müdafiəçilər: Karlos Alberto Torres, Roberto Karlos (hər ikisi Braziliya), Franko Barezi (İtaliya)

Yarımmüdafiəçilər: Zinəddin Zidan (Fransa), Andrea Pirlo (İtaliya), Frank Raykard (Niderland), Alfredo di Stefano (İspaniya), Qarrinça (Braziliya)

Hücumçular: Yohan Kroyf (Niderland), Ronaldinyo (Braziliya)

Rəmzi yığmaları "Qızıl top" mükafatının səsverməsində iştirak edən 140 jurnalistdən ibarət münsiflər heyəti müəyyənləşdirib.

Qeyd edək ki, Karlos Alberto Torres 2004-2005-ci illərdə Azərbaycan millisinə başçılıq edib. Braziliyalı mütəxəssis 2016-cı ildə dünyasını dəyişib.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

15 Dekabr 2020 11:29 - İDMAN
İDMAN
6 May 2021 | 08:20
Joze Mourinyo “Roma”da

Köhnə versiyamızdan xəbərləri izlə