Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yunan-Roma güləşi üzrə millimiz fərdi dünya kuboku yarışlarını 3 medalla başa vurub

Serbiyanın paytaxtı Belqradda güləş üzrə fərdi dünya kuboku yarışları davam edir. Turnirdə 130 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz Beka Kandelaki debütdə son Avropa çempionu olan Rumıniya idmançısı üzərində əzmkar qələbə qazanıb.

Dörddəbir finalda Almaniya təmsilçisinə cəmi 1 dəqiqə 14 saniyə ərzində "tuşe" ilə qalib gələn millimizin üzvü yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Türkiyə idmançısı ilə bacarmayan B.Kandelaki dekabrın 14-də bürünc medal üçün mübarizə aparıb. Polşa güləşçisinə vaxtından əvvəl qalib gələn güləşçimiz üçüncü yeri tutub.

Beləliklə, yunan-Roma güləşi üzrə millimiz fərdi dünya kuboku yarışlarını 1 gümüş və 2 bürünc medalla başa vurub.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

15 Dekabr 2020 10:45 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə