Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neymarın təzminat qiyməti açıqlanıb

Fransanın PSJ futbol klubunun hücumçusu Neymarın satış qiyməti açıqlanıb. Bu barədə klub prezidenti Nasir Əl-Xələfi qərar verib. Bildirilir ki, Paris təmsilçisi Neymarı 100 milyon avrodan aşağı qiymətə satmaq istəmir. Bundan əlavə, rəhbərlik Neymarla müqavilənin müddətinin uzadılması üçün danışıqlar aparsa da, irəliləyiş əldə etməyib. Braziliyalı oyunçunun hazırkı sözləşməsinin müddəti isə 2022-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ilin yayında “Barselona”dan 222 milyon avroya keçib.
Xəbəri “Eurosport” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

14 Dekabr 2020 19:31 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə