Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Güləşçimiz İslambek Dadov Serbiyada gümüş medal qazanıb

Azərbaycan güləşçisi İslambek Dadov Serbiyada keçirilən fərdi dünya kuboku yarışlarında gümüş medala sahib olub.Turnirdə 67 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz təsnifat mərhələsində İtaliya təmsilçisini cəmi 29 saniyəyə xalçadan məyus yola salıb.

Peru güləşçisini də vaxtından əvvəl üstələyən yığmamızın üzvü adını dörddəbir finala yazdırıb. Bu mərhələdə prinsipial qarşılaşmaya çıxan güləşçimiz Ermənistan təmsilçisinə qalib gələrək yarımfinala yüksəlib. Ukraynalı həmkarına da gücünü göstərən İ.Dadov turnirin finalına vəsiqə qazanıb. Son qarşılaşma gərgin idman mübarizəsi şəraitində keçib. Rusiyalı rəqibinə minimal fərqlə yenilən güləşçimiz gümüş medal əldə edib.

Qeyd edək ki, millimizin digər üzvü Eldəniz Əzizli (55 kq) turnirdə bürünc medala sahib olub.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

14 Dekabr 2020 14:42 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə