Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məşhur baş məşqçi 88 yaşında koronavirusdan vəfat etdi

Məşhur xorvatiyalı baş məşqçi Otto Bariç koronavirusdan vəfat edib.

Bariç 88 yaşında Zaqrebdəki xəstəxanalardan birində dünyasını dəyişib.

O, futbolçu kimi yerli "Metalats" və "Lokomotiva"nın formasını geyinib, baş məşqçi qismində isə Xorvatiya, Albaniya və Avstriya yığmalarına, Almaniyanın "Ştutqart", Avstriyanın "Kazino", "Şturm", "Rapid" və LASK, Türkiyənin "Fənərbağça", "Lokomotiva" və digər komandalara rəhbərlik edib.

Mərhum mütəxəssis Avstriya və Xorvatiya çempionu olub.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

14 Dekabr 2020 11:48 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə