Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mbappedən yeni rekord

UEFA Çem­pionlar Liqasının qrup mərhələsinin VI turunda “Başakşəhər”lə keçirilən oyun PSJ-nin hücumçu­su Kilian Mbappe üçün əlamətdar olub. O, 5:1 hesabı ilə qalib gəldikləri oyunda dubl etməklə turnirdə yeni rekord müəyyənləşdirib. Mbappe turnirdə 20 qol vuran ən gənc futbolçu kimi tarixə düşüb. Hazırda 21 yaşı olan Mbappedən əvvəl bu rekord “Barselona”nın hü­cumçusu Lionel Messiyə məxsus idi. Argentinalı futbolçu UEFA Çempionlar Liqasında 20-ci qolunu vuranda (2010- cu ilin fevralında) 22 yaş 267 günlük idisə, Mbappe bu saya 21 yaş 355 günlüyündə çatıb.

Xəbəri “Futbolhd.ru” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

12 Dekabr 2020 00:53 - İDMAN
İDMAN
6 May 2021 | 08:20
Joze Mourinyo “Roma”da

Köhnə versiyamızdan xəbərləri izlə