Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Növbəti mərhələnin bütün iştirakçıları bəlli olub

UEFA Avropa Liqasında sonuncu – 6-cı turda 12 qrupda keçirilən 23 oyunla qrup mərhələsinə yekun vurulub.

Qurumun rəsmi saytının yaydığı məlumata görə, son oyun günündə 1/16 finala daha 6 vəsiqənin sahibi bəlli olub. "Qarabağ"la eyni qrupda mübarizə aparan Təl-Əviv “Makkabi”si, eləcə də “Yanq Boyz”, “Molde”, “Napoli”, “Real Sosyedad” və “Volfsberger” yoluna davam edən komanda­lara qoşulublar.

Qeyd edək ki, bu turadək “Roma”, “Ar­senal”, “Slaviya”, “Bayer”, “Benfika”, “Reyn­cers”, “Qranada”, PSV, “Lester”, “Braqa”, “Lill”, “Milan”, “Vilyarreal”, “Antverpen”, “Tot­tenhem”, Zaqreb “Dinamo”su, “Hoffenhaym” və “Srvena Zvezda” 1/16 finala vəsiqə qazanıb. Bu klublara Çempionlar Liqasında öz qruplarında 3-cü pilləni tutmuş 8 koman­da - "Şaxtyor" Donetsk və "Dinamo" Kiyev (hər ikisi Ukrayna), "Mançester Yunayted" (İngiltərə), "Zalsburq" (Avstriya), "Olimpi­akos" (Yunanıstan), "Ayaks" (Niderland), "Krasnodar" (Rusiya), "Brügge" (Belçika) qoşulacaq.

Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ”ın koronavirusa yoluxan futbol­çularının çox olması səbəbi ilə İspaniyada keçirilməsi planlaşdırılan “Vilyarreal”la matçı ləğv olunub. Həmin görüşlə bağlı UEFA yaxın günlərdə yekun qərarını açıqlayacaq.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

12 Dekabr 2020 00:46 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə