Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Hərbi vəziyyətin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyası­nın 95-ci maddəsinin I hissəsinin 8-ci bəndinə və “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. “Hərbi vəziyyətin ləğv edilməsi haq­qında” Azərbaycan Respublikası Preziden­tinin 2020-ci il 7 dekabr tarixli, 1201 nömrəli Fərmanı təsdiq edilsin.

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri Sahibə QAFAROVA

Bakı şəhəri, 11 dekabr 2020-ci il

12 Dekabr 2020 00:14 - RƏSMİ SƏNƏDLƏR
RƏSMİ SƏNƏDLƏR

Köhnə versiyamızdan xəbərləri izlə