Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm Prezidentimiz İlham Əliyev!

Ali rəhbərliyinizlə Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində qazanılmış Böyük Zəfər münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik.

Cəmi 44 gün davam edən və Azərbaycanın müzəffər Or­dusunun yaratdığı şanlı dastanı vətəndaş cəmiyyəti institutu olan Mərmərə Qrupu Vəqfi adından alqışlayır, bu zəfərin daimi olmasını diləyirik.

Bu möhtəşəm bayramın sevincini Türkiyə ilə bölüşməyinizi də böyük qədirbilənlik kimi dəyərləndiririk.

Hörmətli cənab Prezident, Siz 30 il davam edən işğala 44 gün ərzində son qoyaraq Qarabağa sülh və sabitlik gətirdiniz.

Zati-alinizi və Sizin şəxsinizdə azərbaycanlı qardaşlarımı­zı bir daha təbrik edirik.

Ən dərin ehtiramlarımla,

Akkan SUVER
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri

12 Dekabr 2020 00:12 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə