Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının PrezidentiZati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, möhtərəm cənab Prezident!

Beynəlxalq Davamlı Sülh və İnkişaf Fondu (IFSPD) adından Dağlıq Qarabağ regionunda tarixi əhəmiyyət kəsb edən sülhü alqışlayır, Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimizi çatdırırıq.

Ümidvar olduğumuzu bildiririk ki, atəşkəs haqqında Sizin qürurla imzaladığınız razılaşma Dağlıq Qarabağda sabitlik və firavanlıq erasına gətirib çıxaracaq, regionda və bütün dünyada sülhə, inkişafa və əməkdaşlığa şərait yaradacaq.

Beynəlxalq Davamlı Sülh və İnkişaf Fondu dünyanın qırx ölkəsindən görkəmli ziyalıla­rı, alimləri, ictimai xadimləri, diplomatları və ekspertləri bir araya gətirən beynəlxalq qeyri-hökumət təşkilatı kimi öz fəaliyyətini, ilk növbədə, sülhün təmin edilməsinə, dialoqun, qarşılıqlı anlaşmanın, xalq diplomatiyasının, multikul­turalizm dəyərlərinin inkişafına; regional və beynəlxalq təhlükəsizliyə təhdid və təhlükələrin təhlilinə; münaqişələrin qarşısının alınması və nizamlanması üçün beynəlxalq səylərə kömək göstərməyə yönəldib. Bununla əlaqədar Fondumuz Dağlıq Qarabağ mübahisəsinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurası­nın Azərbaycanın suverenliyini və ərazı bütövlü­yünü, habelə beynəlxalq sərhədlərin toxunulmaz­lığını təsdiq etmiş qətnamələrinə uyğun şəkildə həll edilməsini ardıcıl olaraq dəstəkləyib.

İnanırıq ki, Sizin qətiyyətli və müdrik rəhbərliyinizlə əldə olunan razılaşma Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli və tam həlli, eləcə də məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtmaları üçün zəruri şərait yaradacaq.

Zati-aliləri, biz Sizə və bütün azərbaycanlılara bir daha səmimi qəlbdən ölkənizdə və onların evlərində sülhün və firavanlığın bərqərar olması­nı arzu edirik.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımızı qəbul edin.

Biserka YEVTİMİYEVİÇ
IFSPD-nin prezidenti,
Esma SİRBUBALO
IFSPD-nin icraçı direktoru

12 Dekabr 2020 00:12 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə