Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fiqurlu konkisürmə üzrə Avropa çempionatı və Qran-pri finalı ləğv olundu

Beynəlxalq Konkisürmə İttifaqı (ISU) 2021-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə təşkili nəzərdə tutulan fiqurlu konkisürmə üzrə Avropa çempionatı ilə bağlı qərar qəbul edib. 25-31 yanvarda keçirilməli olan yarış koronavirus pandemiyası səbəbindən ləğv olunub.

Qurum həmçinin bu il 10-13 dekabrda Çinin paytaxtı Pekində planlaşdırılan Qran-pri finalının da baş tutmayacağını açıqlayıb. Şəhərin pandemiyaya görə yarışı qəbul edə bilməyəcəyi vurğulanıb.

Bundan başqa, Fransanın Lion şəhərində yeniyetmələr arasında dünya çempionatı da ləğv edilib. Yarış gələn il 12-13 martda gerçəkləşməli idi.

Qeyd edək ki, təqvimdə yalnız 2021-ci il 22-28 martda İsveçin Stokholm şəhərində keçirilməsi planlaşdırılan dünya çempionatı qalıb. Yarışın baş tutub-tutmayacağı epidemioloji vəziyyətdən asılı olacaq.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

11 Dekabr 2020 13:33 - İDMAN
İDMAN
6 May 2021 | 08:20
Joze Mourinyo “Roma”da

Köhnə versiyamızdan xəbərləri izlə