Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa Liqasında 1/16 finalın bütün iştirakçıları bilindi

UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulub. 1/16 final mərhələsinə vəsiqə qazanan son 2 komandanın adına aydınlıq gəlib.

"Qarabağ"ın yer aldığı I qrupda İsraildə Təl-Əviv "Makkabi"sinə 0:1 hesabı ilə uduzan Türkiyə "Sivasspor"u qrupda qalıb. Meydan sahibləri isə İspaniya "Vilyarreal"ından sonra pley-offa yüksələn 2-ci komanda olub.

Yeri gəlmişkən, bu qrupun "Qarabağ" - "Vilyarreal" matçı Azərbaycan çempionunun heyətində koronavirusa kütləvi yoluxma halı qeydə alındığı üçün təxirə salınıb. Oyunun taleyi ilə bağlı yekun qərar yaxın günlərdə UEFA tərəfindən veriləcək. Görüşün ləğv olunacağı və Ağdam təmsilçisinə texniki məğlubiyyət veriləcəyi gözlənilir.

K qrupunda isə evdə Niderlandın "Feyenoord" komandasını 1:0 hesabı ilə məğlub edən Avstriya "Volfsberq"i 1/16 finala adlayıb.

Avropa Liqası

Qrup mərhələsi, VI tur

G qrupu

00:00. “Lester” (İngiltərə) - AEK (Yunanıstan) - 2:0

00:00. “Braqa” (Portuqaliya) - “Zarya” (Ukrayna) - 2:0

Xal durumu: "Lester" - 13, "Braqa" - 13, "Zarya" - 6, AEK - 3

H qrupu

00:00. “Seltik” (Şotlandiya) - “Lill” (Fransa) - 3:2

00:00. “Sparta” (Çexiya) - “Milan” (İtaliya) - 0:1

Xal durumu: "Milan" - 13, "Lill" - 11, "Sparta" - 6, "Seltik" - 4

I qrupu

00:00. “Makkabi” (Təl-Əviv, İsrail) “Sivasspor” (Türkiyə) - 1:0

Xal durumu: "Vilyarreal" - 13, "Makkabi" - 11, "Sivasspor" - 6, "Qarabağ" - 1

J qrupu

00:00. “Lüdoqorets” (Bolqarıstan) - LASK (Avstriya) - 1:3

00:00. “Tottenhem” (İngiltərə) - “Antverpen” (Belçika) - 2:0

Xal durumu: "Tottenhem" - 13, "Antverpen" - 12, LASK - 10, "Lüdoqorets" - 0

K qrupu

00:00. “Dinamo” (Zaqreb, Xorvatiya) - MOİK (Moskva, Rusiya) - 3:1

00:00. “Volfsberq” (Avstriya) - “Feyenoord” (Niderland) - 1:0

Xal durumu: "Dinamo" - 14, "Volfsberq" - 10, "Feyenoord" - 5, MOİK - 3

L qrupu

00:00. “Hoffenhaym” (Almaniya) - “Gent” (Belçika) - 4:1

00:00. “Slovan” (Çexiya) - “Srvena Zvezda” (Serbiya) - 0:0

Xal durumu: "Hoffenhaym" - 16, "Srvena Zvezda" - 11, "Slovan" - 7, Gent - 0.

Qeyd edək ki, daha əvvəl İspaniyanın "Vilyarreal", "Qranada" və "Real Sosyedad", İtaliyanın “Roma”, "Milan" və "Napoli", İngiltərənin “Arsenal”, “Lester” və "Tottenhem", Almaniyanın “Hoffenhaym” və "Bayer", Portuqaliyanın "Braqa" və "Benfika", Fransanın "Lill", Belçikanın "Antverpen", Xorvatiyanın "Dinamo" (Zaqreb), Serbiyanın "Srvena Zvezda", Çexiyanın "Slaviya", Niderlandın PSV, Şotlandiyanın "Reyncers", Norveçin "Molde" və İsveçrənin "Yanq Boyz" komandaları növbəti mərhələyə yüksəliblər. Bu klublara Çempionlar Liqasında öz qruplarında 3-cü pilləni tutmuş 8 kollektiv - "Şaxtyor" Donetsk və "Dinamo" Kiyev (hər ikisi Ukrayna), "Mançester Yunayted" (İngiltərə), "Zaltsburq" (Avstriya), "Olimpiakos" (Yunanıstan), "Ayaks" (Niderland), "Krasnodar" (Rusiya), "Brügge" (Belçika) qoşulacaq.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

11 Dekabr 2020 13:30 - İDMAN
İDMAN
6 May 2021 | 08:20
Joze Mourinyo “Roma”da

Köhnə versiyamızdan xəbərləri izlə