Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neymar Çempionlar Liqasının tarixinə düşdü

UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin VI turunun Türkiyə "Başakşehir"i ilə oyununda het-trik edən Neymar Fransanın PSJ klubunun heyətində turnirdəki qollarının sayını 20-yə çatdırıb.

Braziliyalı hücumçu iki fərqli komandada 20 və daha çox qol vurmuş oyunçu kimi ÇL-in tarixinə düşüb.

28 yaşlı forvard Paris klubundan öncə çıxış etdiyi İspaniya "Barselona"sında 21 dəfə fərqlənib.

Qeyd edək ki, PSJ - "Başakşehir" matçı meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

10 Dekabr 2020 15:45 - İDMAN
İDMAN
6 May 2021 | 08:20
Joze Mourinyo “Roma”da

Köhnə versiyamızdan xəbərləri izlə