Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Azərbaycanda yaşayan əfqanlar adından və şəxsən öz adımdan Sizi və bütün Azərbaycan xalqını torpaqların azad edilməsi, müharibənin zəfərlə başa çatması münasibətilə ürəkdən təbrik edirəm. Nəhayət Azərbaycan xalqı 28 illik erməni işğalından sonra öz ata-baba torpaqlarını azad etdi. 
Uca Allaha dua edirəm ki, torpaqların işğaldan azad edilməsi üçün canlarından keçən şəhidlər cənnətlə müjdələnsinlər.
Gözəl, firavan və məhsuldar ­torpağınızda bundan sonra sülh və rifah hökm sürsün. Əfqanıstan və Azərbaycan xalqları arasında dostluq və qardaşlıq daha da güclənsin.
Qarabağ Azərbaycandır!

Hörmətlə, 


Xeyrullah Spelanay 
Əfqanıstan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri
Azərbaycan Respublikası,
Bakı şəhəri

9 Dekabr 2020 00:17 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə