Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Danimarka neft-qaz hasilatında dəyişikliklər edib

Danimarka hökuməti 2050-ci ilədək Şimal dənizində neft-qaz kəşfiyyatı və hasilatını tam dayandırılmasına dair qərar qəbul edib.

Məlumata görə, bunu Danimarkanın iqlim və energetika problemləri naziri Dan Yorgensen deyib.

Nazirin sözlərinə görə, bu məqsədə çatmaq üçün ölkə lisenziyalaşdırma turunun səkkizinci mərhələsindən və Şimal dənizindəki yataqların işlənməsi ilə bağlı tenderlərin keçirməsindən imtina edəcək.

Tenderlərin keçirilməsindən imtina və karbohidrogen istehsalının tamamlanması üçün tədbirlərin həyata keçirilməsi Danimarka büdcəsinə təxminən 2,1 mlrd. ABŞ dollarına başa gələcək.

Qeyd edək ki, 2019-cu ilin dekabrında Danimarka parlamenti iqlim dəyişikliyinə qarşı mübarizə tədbirləri paketi qəbul etmişdi.

“Elşən AĞALAR,
 “Xalq qəzeti”

4 Dekabr 2020 13:55 - İQTİSADİYYAT
İQTİSADİYYAT
5 İyul 2022 | 10:47
Neft bahalaşıb
4 İyul 2022 | 14:05
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə