Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalı 2020-ci il üçün tibbi sərf materiallarının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmalarının https:// www.etender.gov.az/ vahid internet portalı (por­tal) vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağı­dakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, podratçı şirkətin son beş ildə ortaqlıq etdiyi büdcə təşkilatlarından tövsiyə məktubu, müqavilənin vaxtında yerinə yetirilməsi, podratçının aidiyyəti iş və xidmətlər üzrə təcrübəsi, iddiaçıların maddi-texniki imkan­ları (maliyyə vəziyyəti, anbar və s.).

Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim etmək lazım­dır.

İştirak haqqı 1500 (min beş yüz) manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Müqavilənin yerinə yetirilmə müddəti və malların təhvil verilməsi 2020-ci il dekabrın 30- na qədər başa çatdırılmalıdır.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət edə bilərsiniz.

Əlaqələndirici şəxs- Qəhrəmanov Xəyyam Vaqif oğlu.

Ünvan- Bakı şəhəri, Ziya Bünyadov pros­pekti 36.

Telefon- (012) 590 66 26.

• Bank- Dövlət Xəzinədarlığı Agentliyi

• Kod- 210005

• VÖEN- 1401555071

• M/h- AZ41NABZ01360100000000003944

• S.W.İ.F.T: CTREAZ22

• H/h- AZ95CTRE00000000000002077703

• VÖEN- 1500395041

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi və rekvizitləri;

-qeydiyyatdan keçdiyi ölkə - dövlət reyestrindən çıxarış və şəhadətnamə;

-tender təklifi (tender təklifləri zərflərin açıl­dığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində ten­der təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən sonra ən azı 30 bank günü çox olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətinin dayandırıldığı müddət nəzərə alınmadan) vergi ödəciyisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi halla­rının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqın­da vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı;

-satınalma prosedurlarının başlanma­sından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qay­dasında qadağan edilməməsi barədə arayış;

-müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təqdim olunmuş arayış.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddi­açılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 6 noyabr 2020-ci il saat 12.00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Tender təklifi ilə bank təminatı sənədlərini isə 17 noyabr 2020-ci il saat 12.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər. Göstərilən tarixdən gec təqdim edilən təkliflər qəbul olunmayacaqdır.

İddiaçıların tender təklifi zərfləri 18 noyabr 2020-ci il saat 12.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsi ilə tanış ola bilərlər.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

17 Oktyabr 2020 10:39 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
6 May 2021 | 08:16
BİLDİRİŞ
6 May 2021 | 08:10
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə