Ən son xəbərlər
Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hemofiliya və talassemiyadan əziyyət çəkən xəstələrə yardım məqsədilə ənənəvi qanvermə aksiyası keçirilib.
Şəmkirlilər qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün artıq ənənə halını alan bu nəcib və humanist xarakterli aksiyaya yenə qoşulmuşlar. Karantin qaydalarına uyğun təşkil olunan aksiyada Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların sağlamlığı imkan verən əməkdaşları, könüllülər iştirak etmişlər.
Həkim hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilmiş və hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülmüşdür.
Qeyd edək ki, toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.
Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində karantin qaydalarına uyğun təşkil olunan kampaniyada 300-ə yaxın könüllü donor iştirak etmişdir.
Hamlet QASIMOV, “Xalq qəzeti”nin bölgə müxbiri
Köhnə versiyamızdan xəbərləri izlə