Ən son xəbərlər
Dünya bazarında “qara qızıl”ın qiyməti artmaqda davam edir. Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 1,64 faiz artaraq bir bareli 46,53 dollar olub. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 1,42 faiz artaraq bir bareli 43,67, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 1,5 faiz artaraq bir bareli 46, 80 dollar olub.
Ekspertlər belə hesab edirlər ki, əgər OPEC+ dövlətləri hasilatı azaltmaq barədə razılaşmaya tam əməl etsələr dünya bazarında “qara qızıl”ın qiyməti artmaqda davam edəcək.
Qəzənfər QASIMOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə