Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.

Lot -1. Əmlak Məsələləri Dövlət Xidməti üçün İKT avadanlıqlarının satın alınması.

Açıq tenderdə iddiaçı qismində müvafiq təcrübəyə və ixtisaslı işçi heyətinə malik olan mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imza­ları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə bilərlər.

İştirak haqqı 1000 (bir min) manatdır.

Təşkilat- Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi” MMC.

Ünvan- AZ1029. Bakı şəhəri, Nizami rayo­nu, Heydər Əliyev prospekti 139A.

VÖEN- 1302005391

İBAN- AZ20AIIB33010019443701802107

Bank rekvizitləri:

BANKIN ADI- “Kapital Bank”ın Xətai filialı

VÖEN-9900003611

M/h- AZ37NABZ0135010000000001944

Kod- 200071

SWIFT: BIK AIIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri dövlət satınalmalarının vahid inter­net portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haq­qında vergi orqanları tərəfindən təsdiq olun­muş maliyyə hesabatının surəti (bir ildən az müddətdə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (bir ildən az müddətdə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən bank arayışı);

-iddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə), ünvan və bank rekvizitləri;

-tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə);

-iddiaçının analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər;

-müvafiq sahədə ixtisaslı işçi heyətinin möv­cudluğunu təsdiq edən sənədlər;

-tələb olunan malların ölkə üzrə satılması ilə bağlı müvafiq səlahiyyətlərə və yerli ser­vis mərkəzinə malik olduğunu təsdiq edən sənədlər;

-müqavilə özrə işlərin icrasına cəlb ediləcək subpodratçılar barədə məlumat;

-tenderin əsas şərtlər toplusunda göstərilən digər bütün sənədlər;

-tender təklifi, təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır;

-tender təklifi dəyərinin 1faizi həcmində bank təminatı. Tender təklifinin qüvvədə olma müddətindən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır.

İddiaçılar konsorsium yaratmaqla tenderdə iştirak etmək istəyirlərsə, konsorsium barədə müqavilə, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər.

Tender predmeti üzrə mallar satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 15 (on beş) təqvim günü müddətində təhvil verilməlidir.

Satınalma müqaviləsinin bağlanılması barədə qərar, qiymətləndirmə nəticəsində ən sərfəli sayılan təklif əsas götürülməklə iddia­çılar tərəfindən təqdim olunan qiymət və digər meyarlar əsasında qəbul ediləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) 12 de­kabr 2020-ci il saat 15.00-a, tender təklifini və tender təklifinin bank təminatını isə 16 dekabr 2020-ci il saat 15.00-dək dövlət satınalmala­rının vahid internet portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalında nəzərə alınmayacaqdır.

İddiaçıların təklifləri 17 dekabr 2020-ci il saat 15.00-da açılacaqdır. Təkliflərin açılışı dövlət satınalmalarının vahid internet portalın­da virtual iclas formatında aparılacaqdır.

Elektron satınalmanın hər bir işti­rakçısına onun təklifinin açılmasını və qiymətləndirilməsini müşahidə etmək üçün bərabər şərait yaradılır.

Tenderlə əlaqədar istənilən məlumatı əldə etmək üçün aşağıdakı şəxsə müraciət etmək olar:

Əlaqələndirici şəxs-Natiq Yaqubov – tender komissiyasının üzvü, telefon- (+99412) 565-41- 85; e-mail: [email protected]

Tender komissiyası

19 Noyabr 2020 00:46 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
19 May 2021 | 01:45
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə