Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Dövlət Universiteti AÇIQ TENDER ELAN EDİR

Tender 2 (iki) lot üzrə keçirilir.

Lot-1 .Bakı Dövlət Universiteti üçün maye-heliumun satın alınması.

Lot-2 .Bakı Dövlət Universiteti üçün maye-azotun satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini elektron qay­dada təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün iddiaçı qismində xüsusi lisenziya almış, analoji işlərdə böyük təcrübəsi olan, dövlət or­qanları tərəfindən məhkəməyə cəlb edilməyən, hazırki fəaliyyət dövründə dövriyyəsi mövcud olan və ötən ilin mənfəət bəyannaməsini əldə etmiş müəssisələr tenderdə iştirak edə bilərlər. Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər.

İştirak haqqı lot -1 – 100 (bir yüz) manat və lot-2 isə 50 (əlli) manatdır.

Telefon- 012 -538 -51 -21. Əlaqələndirici şəxs- İlhamə Aslanova.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

Bakı Dövlət Universiteti PHŞ

Ünvan- Bakı şəhəri, Z.Xəlilov küçəsi 33.

H/h- AZ32AI­IB33070019443307872103

VÖEN-1300489621

BANK-“Kapital Bank” ASC-nin 1 saylı Yasamal filialı

Kod- 200037

VÖEN: 9900003611

M/h- AZ­37NABZ01350100000000001944

SWİFT: BİK AIIBAZ 2X

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid vaxtı keçmiş öhdəliklərin olmama­sı haqqında müvafiq vergi orqanın­dan arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statu­su, nizamnaməsi (notarial qaydada təsdiq olunmuş surəti), qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçının müvafiq mallar üzrə mənşə uyğunluq sertifikatları.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (ten­der təklifi və bank zəmanəti istisna olmaqla):

Lot-1 üçün 8 dekabr 2020-ci il saat 11.00-a, iş qrafiki, tender təklifi və bank zəmanətlərini isə 16 dekabr 2020-ci il saat 11.00-a qədər elektron qaydada təqdim etməlidirlər. Tender təklifi zərfləri 17 dekabr 2020-ci il saat 11.00-da dövlət satınalmalarının va­hid internet portalı vasitəsilə elektron qaydada açılacaqdır.

Lot-2 üçün 9 dekabr 2020-ci il saat 11.00-a , iş qrafiki, tender təklifi və bank zəmanətlərini isə 17 dekabr 2020-ci il saat 11.00-a qədər elektron qaydada təqdim etməlidirlər. Tender təklifi zərfləri 18 dekabr 2020-ci il saat 11.00-da dövlət satınalmalarının va­hid internet portalı vasitəsilə elektron qaydada açılacaqdır.

Tender komissiyası

19 Noyabr 2020 00:45 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
6 May 2021 | 08:16
BİLDİRİŞ
6 May 2021 | 08:10
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə