Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi “COVİD-19” pandemiyası ilə əlaqədar gənclərin rəsm müsabiqəsinin keçirilməsinin və “Azərbaycanın qəhrəmanlıq salnaməsi gənc rəssamların gözü ilə” adlı müsabiqə və sərginin keçirilməsinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www. etender.gov.az vahid internet portalı­na (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olma­lıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

• İştirak haqqı- “COVİD–19 “pan­demiyası ilə əlaqədar gənclərin rəsm müsabiqəsinin keçirilməsinin satın alın­ması məqsədilə 50 manat və

- “Azərbaycanın qəhrəmanlıq salnaməsi gənc rəssamların gözü ilə” adlı

müsabiqə və sərginin keçirilməsinin satın alınması üçün 50 manatdır.

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

Bank-Dövlət Xəzinədarlığı Agentliyi

Kod -210005

M/h- AZ­41NABZ01360100000000003944

VÖEN- 1401555071

SWIFT- CTREAZ22

Alan müştəri- Azərbaycan Respubli­kasının Gənclər və İdman Nazirliyi

H/h- AZ50C­TRE00000000000002147771

VÖEN- 1500171121

Büdcə səviyyəsinin kodu- 7

Təsnifat kodu- 142330

İştirak haqqı heç bir halda geri qay­tarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağı­dakı sənədləri təqdim etməlidirlər:

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1faizi həcmində bank təminatı (zərflərin açıl­dığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-peşəkarlığı, təcrübəsi, texniki im­kanları, idarəetmə səriştəsi və etibarlığı barədə məlumatlar;

-son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründə)yerinə yetirdiyi analoji işlər haqqında məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağ­lı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası­nın Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 8 dekabr 2020-ci il saat 18.00-a, tender təklifi ilə bank təminatı sənədlərini isə 16 dekabr 2020-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçı­ların təklifləri 17 dekabr 2020-ci il saat 12.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün pro­sedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

E-şərtlər toplusunu 2020-ci il noyab­rın 18-dən sonra əldə etmək olar.

Tender komissiyası

19 Noyabr 2020 00:45 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
9 May 2021 | 00:35
BİLDİRİŞ
9 May 2021 | 00:29
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə