Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin “Azərbaycan Turizm Bürosu” Publik Hüquqi Şəxsi turizm bələdçilərinin Bakı-Abşeron, Şəki-Zaqatala və Gəncə-Qazax regionları üzrə şərh kitabçasının mətninin hazırlanması istiqamətində xidmətlərin satın alınması məqsədilə kotirovka sorğusu keçirir

1. Kotirovka sorğusunda rezident və ya qeyri-rezident hüquqi şəxslər iştirak edə bilərlər.

2. Kotirovka sorğusunun əsas şərtlər toplusunu əldə etmək üçün iddiaçılar Bakı, Nizami küçəsi 96 E, Landmark I, 3-cü mərtəbəyə müraciət edə bilərlər (əlaqə telefonları- 505 87 04 (əlavə 2304), faks- 492 05 92).

3. Kotirovka təklifi tələb olunan formada hazırlana­raq, üzərində hüquqi şəxsin adı və ünvanı göstərilməklə möhürlənmiş qapalı zərfdə 26 noyabr 2020-ci il saat 18.00-a qədər Bakı, Nizami küçəsi 96 E, Landmark I, 3-cü mərtəbədə Azərbaycan Turizm Bürosuna təqdim olunmalıdır. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarıla­caqdır.

Zərflərin açılışı ilə əlaqədar tender komissiyasının iclası 27 noyabr 2020-ci il saat 12.00-da Bаkı şəhəri, Nizami küçəsi 96 E, Landmark I, 3-cü mərtəbədə Azərbaycan Turizm Bürosunun ofisində keçiriləcəkdir.

Tender komissiyası

19 Noyabr 2020 00:43 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
19 May 2021 | 01:45
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə