Ən son xəbərlər
Dünya bazarında “qara qızıl”ın qiyməti artmağa başlayıb. Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 2,10 faiz artaraq bir bareli 43,79 dollar olub.
Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 1,40 faiz artaraq bir bareli 40,69, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 2 faiz artaraq bir bareli 44,89 dollar olub.
Ekspertlər bildiriblər ki, Atlantik okeanından gələn qasırğa nəticəsində ABŞ-da neft hasilatı azalıb və OPEC+ dövlətlərinin hasilatı azaltmaq barədə razılaşmaya əməl etmələri dünya bazarında “qara qızıl”ın artmasına səbəb olub.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə