Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tələbələr Mikrobiologiya İnstitutunda aparılan tədqiqatlarla tanış olublar

Azərbaycan Turizm və Menecment Universitetinin Qida məhsullarının mühəndisliyi və Odlar Yurdu Universitetinin Biologiya fakültəsinin tələbələri  AMEA-nın Mikrobiologiya İnstitutunda olublar.

www.science.gov.az saytıyazır ki, institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradovla görüşdə qonaqlara müəssisənin tarixi, beynəlxalq əlaqələri və mikrobiologiyanın müasir istiqamətlərinə dair aparılan elmi-tədqiqat işləri haqqında məlumat verilib. Bildirilib ki, görüşün keçirilməsində əsas məqsəd AMEA-da elmlə təhsilin vəhdətinin təmin edilməsi, kadr hazırlığı sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsi, həmçinin elmi-tədqiqat işlərinin nəticələrinin tədris prosesində həyata keçirilməsidir.

Sonra tələbələr institutun Mikrobioloji texnologiya laboratoriyasında aparılan elmi-tədqiqat işləri, eləcə də müasir cihaz və avadanlıqların iş prinsipi ilə tanış olublar.                                   

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

19 Oktyabr 2018 14:34 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə