Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərsu” ASC-nin “Sutikinti” Müəssisəsi daxili vəsaiti hesabına elektron satınalma vasitəsilə Binəqədi rayonu, I mədən 15 nömrəli ünvanda kanalizasiya xəttinin tikilməsi, Şamaxı şəhərində yeni çəkiləcək borudan kanalizasiya sisteminin inşası, Abşeron rayonu, Mehdiabad qəsəbəsində kanalizasiya sisteminin yenidən qurulması və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsində kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar olaraq tələb olunacaq dəmir-beton məmulatlarının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Malgöndərənlər (podratçılar) dövlət satınalmalarının https:// www.etender.gov.az vahid internet portalından tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-tender predmeti üzrə oxşar təcrübənin mövcudluğu;
-tenderin tələblərinə uyğun aşağı qiymət.
Malgöndərənlər (podratçılar) aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalından əldə edə bilərlər.
Tenderdə iştirak haqqı 200 manatdır.
Təşkilat- “Azərsu” ASC-nin “Sutikinti” Müəssisəsi
VÖEN- 9900008771
Bank- “Kapital Bank” ASC-nin 1 saylı Nəsimi filialı
Kod- 200112
VÖEN- 9900003611
M/h- AZ37NABZ 0135010000000001944
S.W. İ. F. T. BIK- AİİBAZ2X
H/h- AZ60AİİB33010019441102346111
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərənlər (podratçılar) tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- malgöndərənlərin (podratçıların) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Malgöndərənlər (podratçılar) tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 4 dekabr 2020-ci il saat 18.00-a, tender təklifi və bank təminatını isə 14 dekabr 2020-ci il saat 18.00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər.
Elektron satınalmanın açılışı 15 dekabr 2020-ci il saat 18.00-da dövlət satınalmalarının vahid internet portalında həyata keçiriləcəkdir.

14 Noyabr 2020 00:00 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
6 May 2021 | 08:16
BİLDİRİŞ
6 May 2021 | 08:10
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə