Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda koronavirus infeksiyasına daha 1364 yoluxma faktı qeydə alınıb, 1015 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 1364 yoluxma faktı qeydə alınıb,  1015 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə,  COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib. 
Hazırkı dövrədək ölkəmizdə 71 min 580 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 53 min 1  nəfər müalicə olunaraq sağalıb, 927 nəfər vəfat edib. Aktiv xəstə sayı 17652 nəfərdir.
Ötən müddət ərzində 1 milyon 489 min 382 test aparılıb. Dünənki test sayı isə  9744-dür. 

13 Noyabr 2020 21:42 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə