Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi AÇIQ TENDER ELAN EDİR

Satınalmanın predmeti: Aparat üçün müxtəlif növ maşın və avadanlıqların satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https//www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə da­xil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçı­ları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.

Tenderdə iştirak haqqı 500 manat­dır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirak haqqının ödənilməsi yalnız asan ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün “Asan ödəniş et” düyməsini sıxaraq ödənişi etdikdən sonra müsabiqədə iştirak etmək olar.

Aqrar xidmətlər agentliyi qar­şısında yerinə yetirilməmiş və ya lazımi səviyyədə yerinə yetirilməmiş öhdəliyi olan fiziki və hüquqi şəxslər bu tenderdə iştirak edə bilməzlər.

İddiaçılar tenderdə iştirak hüqu­qunu təsdiqləyən aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-tender təklifi (tender zərflərinin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalı və bank təminatının qüvvədə olma müddəti isə tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikası Ver­gi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.

Malgöndərənlərin (podratçıların) ix­tisas göstəricilərinin qiymətləndirilməsi və müqayisəsi üçün üstünlük veriləcək meyarlar aşağıdakılardır:

- tenderin predmeti üzrə iş təcrübəsinin olması (təsdiqedici sənədlər təqdim edilməklə);

- texniki, kadr və maliyyə imkanları­nın olması;

- bu sahədə peşəkar olması;

- müvafiq sahibkarlıq fəaliyyəti üçün lisenziya və ya icazənin olması;

-təklif olunan əsas avadanlıqla­rın satışı ilə məşğul olmaqdan ötrü (sviçlərə və ruterlərə) istehsalçının etibarnaməsinin (avtorizasiyasının) olması;

-iddiaçının kvalifikasiyası (keyfiyyət menecmenti və informasiya təhlükəsizliyi üzrə beynəlxalq sertifikat­lara malik olması).

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tenderlə əlaqədar istənilən məlumatı əldə etmək üçün aşağıdakı şəxsə müraciət etmək olar.

Əlaqələndirici şəxs-Mustafa Allahverənov.

Ünvan- Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 7 A, telefon-(050) 361-98-62; Faks: (012) 562-85-57 ; E- mail: [email protected]

Tender proseduru “Dövlət sa­tınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 4 dekabr 2020-ci il saat 17.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 14 dekabr 2020-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 15 dekabr 2020-ci il saat 17.00-da açılacaqdır. Təkliflərin açılışı dövlət satınalmaları­nın vahid internet portalında aparıla­caqdır.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün pro­sedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

13 Noyabr 2020 01:24 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
19 May 2021 | 01:45
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə