Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mənəvi dəstək insanları güclü edir, onları həyata daha sıx bağlayır

Sərhədyanı kəndlərlə,  şəhid ailələrimizlə sıx əlaqə saxlayan bir sıra qeyri - hökumət təşkilatları bu missiyanı mənəvi öhdəlik hesab edirlər.  İctimai birliklərdən aldığımız xəbərlərdə deyilir:

AzMİA (Mebel İstehsalçıları Assosiasiyası) və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİ İB) “Vətən ön cəbhədən başlayır” devizi ilə Ağdam, Cəbrayıl, Xocavənd, Füzuli, Ağcabədi rayonları istiqamətində yaşayan 1000-dən çox ailəyə 12 Noyabr -- Konstitusiya Günü münasibətilə sovqatlar göndərib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın öncəbhədə, sərhədyanı yaşayış məntəqələrdə yaşayan sakinlərə örnək diqqət və qayğısından ilhamlanan AzMİA (Mebel İstehsalçıları Assosiasiyası) və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİ İB) rəhbərliyi və fəalları bundan sonra da sərhədyanı kəndlərlə sıx əməkdaşlıq edəcəklərini bildiriblər.

****

“Azərbaycan Mebel istehsalçıları Assosiasiyası” İctimai Birliyi (AzMiA) və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİ İB) 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibəti ilə respublikamızın 11 şəhər və rayonunda yaşayan şəhid ailələrinə bayram sovqatı göndərib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə, müharibə veteranlarına yüksək diqqət və qayğısını örnək alan AzMiA və ABAİ İB rəhbərliyi də, bu istiqamətdə fəaliyyət göstərməyi özlərinin borcu kimi qəbul edir. “Vətən uğrunda öz canlarından keçmiş şəhidlərimiz ruhu qarşısında baş əyirik. Onların ailə üzvləri bizimçün də doğmadır, əzizdir. Konstitusiya Günümüzün fəlsəfəsinə, “Hüququndan keçən əsgər Hərə bir qəhrəman oldu!” misraları ilə süslənmiş Dövlət Himnimizin ruhuna uyğun olarq, şəhid ailələrimizi yad etmək, onlarla bayramlaşmaq mənəvi öhdəlikdir.“ – deyə ictimai birlik mənsubları bildirib.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

12 Noyabr 2020 15:11 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə